Page 181 - "Xəzər"
P. 181
Ancaq, Mimi, buna baxmayaraq, rus adlarını fransız tərzində tələffüz etmək
lazım deyil. Məsələn, niyə Çekov əvəzinə Tşexov deyirsən, axı Çekov orijinala
daha yaxındır. Sonra sənin “elə” deməyin dəhşətli qallisizmdir.

– Xahiş edirəm, Luisito, zəhlətökən olma, – Mimi dedi, – öz erudisiyanı büruzə
verməməyi nə vaxt öyrənəcəksən? Sən adamı bezdirirsən, epuisantsan,3.
(zəhlətökən – fr.) düz demirəmmi? – qəfil mənə müraciətlə sözünü bitirdi.

– Elədi, – sualı başa düşmədən qeyri-ixtiyari cavab verdim.

Xanter təbəssümlə mənə baxdı.

Mən son dərəcə kədərliydim. Özgə vaxt da deyirlər, guya mən səbirsizəm. Çox
təəccüblüdü ki, bütün bu cəfəngiyata qulaq asmağa necə gücüm çatıb, üstəlik də,
bunları necə yadda saxlamağı bacarmışam. Maraqlıdı: kuzenlərə qulaq asanda
əhvalımı yaxşılaşdırmaq üçün fikirləşirdim: “Bunlar mənasız, dəmdəməki
adamlardır. Onlar Mariyada vur-tut tənhalıq hissi doğura bilərlər. Bunlar mənimlə
rəqabət aparmaq gücündə deyillər”. Buna baxmayaraq, yüngülləşə bilmirdim.
Ürəyimin dərinliyində başa düşürdüm ki, sevinməyə səbəb yoxdu. Kədərimin
səbəbini tapa bilmədiyimdən əsəbiləşirdim, hirslənirdim, ancaq özümü
sakitləşdirməyə də çalışırdım ki, bir rahat vaxtda bu haqda ətraflı düşünərəm.
Əvvəl mənə elə gəlirdi, bunun səbəbi Mariyanın yoxluğudu, ancaq sonra başa
düşdüm ki, bu, məni kədərləndirməkdən çox hirsləndirirdi. Məsələ başqa şeydə idi.

Kuzenlər isə artıq detektivə keçmişdilər. Mimi Xanterdən soruşurdu ki,
“Yeddinci dairə”nin sonuncu romanını oxuyubmu.

– Nə üçün? – Xanter təəccübləndi. – Bütün detektivlər bir-birinə oxşayır. Bir ilə
birini oxumaq tamamilə kifayətdi. Həftədə birini oxumağı yalnız məhdud adamlar
bacarar.

Mimi hirsləndi. Daha doğrusu, özünü hirslənmiş göstərdi.

– Cəfəngiyat danışma, – o dedi. – Detektivlər mənim hələ oxuya bildiyim yeganə
kitablardı. Onları həddindən artıq sevirəm. Tamam müəmmadı. Bu güclü

181
   176   177   178   179   180   181   182   183   184   185   186