Page 176 - "Xəzər"
P. 176
ağı özümə sığışdırmasam da, hər halda, bundan istifadə elədim. Əlavə edim ki,
özümün ən nalayiq hərəkətlərimi və Posadas küçəsində onun evinin qarşısında tək
qaldığım həmin gecə məni bürüyən ümidsizliyi təsvir edərkən özümə yazığım
gəldiyindən ağladım. Bunu oxuyanda Mariyanın da eyni hissləri keçirəcəyini
düşünüb, bir az yüngülləşdim. Və sifarişli məktubu göndərəndə hər şeyin yaxşı
olacağına ümid eləyirdim.
Qayıdan poçtla Mariyadan şəfqət dolu məktub aldım. Mənə elə gəldi ki, bundan
sonra sevgimizin ilk anları təzədən canlanacaq, əvvəlki kimi olmasa da, hər halda,
başlıca şey qalacaq: şah həmişə şahdı, hətta məkrli, etibarsız vassallar onu satıb
rüsvay eləsələr də.
Mariya malikanəyə gəlməyimi xahiş eləyirdi. Dəli kimi çamadanımı yığıb, etüd
qovluğumu götürüb Konstitusyon vağzalına cumdum.
XXIV
Alyende stansiyası bir neçə kəndlinin, əynində köynək olan rəisin və bardaqda
süd satan qızın gəzişdiyi adi balaca kənd vağzalı idi.
Məni iki şey hirsləndirdi: Mariyanın yoxluğu və sürücünün olması.
Vaqondan düşən kimi o, mənə yaxınlaşıb soruşdu:
– Cənab Kastel sizsiniz?
– Yox, – sakitcə cavab verdim. – Mən cənab Kastel deyiləm. – Dərhal da
fikirləşdim ki, geri qayıdan qatarı gözləyənə qədər günortaya kimi burada ilişib
qala bilərəm. Hər halda, adımı deyəsi olacaqdım. – Hə, – o dəqiqə də əlavə elədim:
– Mənəm Kastel.
Sürücü təəccüblə mənə baxdı.
– Götürün, – çamadanımı və molbertimi ona uzadıb mızıldadım.
176