Page 183 - "Xəzər"
P. 183
zifəsini öz üzərinə götürüb. Bundan əlavə, hesab edirəm ki, detektiv romana
parodiya kimi indi müasir “Don Kixot”sayağı bir şey yazmaq olar. Bütün ömrü
boyu detektiv oxuyan, dünyanın Nikolas Bleykin78, ya Elleri Kuinin79
kitablarının qanunları ilə yaşadığını düşünüb başı xarab olan adamı təsəvvür
eləyin. Xəyalınıza gətirin ki, bu bədbəxt cinayətin təhqiqinə girişir və gerçək
həyatda özünü kitabdakı detektiv kimi aparmağa başlayır. Bu mövzuda əyləncəli,
faciəli, simvolik, satirik və gözəl nəsə yazmaq olar…

– Bununla özün niyə məşğul olmayasan ki? – Mimi rişxəndlə soruşdu.

– İki səbəbə görə: mən Servantes deyiləm və çox tənbələm.

– Elə birincisi kifayətdi, – Mimi dedi.

Sonra elə bil qəsdən yenə mənə tərəf çevrildi.

– Bu adam, – Xanterin ağzını əyərək dedi, – detektivə ona görə hücum edir ki,
bir dənə, hətta ən darıxdırıcı roman belə yazmaq əlindən gəlmir.

– Mənə siqaret ver, – Xanter deyib, əlavə etdi: – Sən nə vaxt öz tərsliyindən əl
çəkəcəksən? Birinci, mən heç də detektivin əleyhinə deyiləm, yalnız onu dedim ki,
bizim dövrün “Don Kixot”una bənzər nəsə yazmaq olar. İkinci, bu işi
bacarmadığımı deyəndə, səhv eləyirsən. Bir dəfə detektiv roman üçün ağlıma əla
süjet gəlmişdi.

– Sans blague80, – Mimi mızıldadı.

– Gör də. Qulaq as. Bir adamın anası, arvadı və uşağı var. Bir gecə müəmmalı
şəraitdə ananı öldürürlər. İstintaq heç bir nəticə vermir. Bir müddət sonra arvadı
öldürürlər: hər şey təkrarlanır. Nəhayət, uşağı öldürürlər. Qəhrəman dəli olmaq
dərəcəsindədir, çünki hamısını sevir, xüsusən də uşağı. Ümidsiz vəziyyətdə bu
sirrin üstünü özü açmaq qərarına gəlir. Dahi xəfiyyələrin bütün metodlarından –

78 Николас Блейк (ясл сойады Сесил Дей Лйуис; 1904-1972) – инэилис йазычысы,
шаири,ядябиййатшцнасы
79 Еллери Куин – ики Америка йазычысы: Ф.Денни(1905-1971) вя М.Б.Линин (1905-1982) тяхяллцсц
80 Ола билмяз (фр.)

183
   178   179   180   181   182   183   184   185   186   187   188