Page 173 - "Xəzər"
P. 173
ncaq onda, ümumiyyətlə, buna oxşar anlarda tənhalığa mənim öz qüsurlarım
səbəb olurdu. Belə anlarda dünya mənə gözəl görünmür, ancaq mən onun bir
hissəsi olduğumu başa düşürəm və məhv eləmək ehtirası məni bürüyür. Mən
intihar haqqında düşünürəm, ya möhkəm içib fahişə yanına gedirəm. Sonra
ətrafımdakı yaramazlar kimi alçaq olduğumu özümə sübut eləyib, bir az
yüngülləşirəm.
Həmin gecə hansısa bir ucqarda möhkəm içdim. Nadir hallarda belə eşşək kimi
içirəm: mənimlə olan qadın, kafedəki dənizçilər birdən mənə elə iyrənc göründülər
ki, durub küçəyə sıçradım. Viamonte ilə gedib dalğaqırana düşdüm və oturub
ağladım. Aşağıdakı bulanıq su məni qıcıqlandırdı: belə əzab çəkmək nəyə lazım?
İntihar adamı asanca şirnikdirir – mənasız dünya bircə anda nəhəng kabus kimi
dağılır, göydələnlərin, zirehli maşınların, tank və həbsxanaların möhkəmliyinin
vur-tut fantasmaqoriya olduğu, qorxulu yuxulardakı göydələnlərdən, zirehli
maşınlardan, tank və həbsxanalardan heç də gerçək olmadığı üzə çıxır.
Əgər belə düşünsək, elə həyatın özü də yalnız ölümün azad edə biləcəyi qorxulu
uzun yuxudu: o da, bir növ, oyanış olacaq. Bəs ondan sonra nə gələcək? Mütləq və
əbədi “heç yerə” atılmaq qorxusu məni həmişə intihar eləməkdən saxlayır. İnsan,
hər halda, həyata o qədər bağlıdı ki, onun natamamlığına, əzablarına dözməyə
hazırdı, öz iradəsiylə bu qarabasmanı məhv eləməyə cəsarəti çatmır. Adətən,
intihardan əvvəl son dərəcə ümidsizliyə qapılanda, insan naqisliklərini sayıb
qurtarıb, başa düşəndə ki, bunlar düzələn deyil, varlığın hansısa cəlbedici zərrəsi,
nə qədər əhəmiyyətsiz olsa da, birdən gözündə böyük dəyər qazanıb həlledici olur
və onda suda batan saman çöpündən yapışan kimi, biz də ondan yapışırıq.
Evə qayıtmaq istəyəndə hava işıqlaşırdı. Bunun necə baş verdiyini bilmirəm,
ancaq yaxşı yadımdadı ki, evə getmək qərarına gəlsəm də, bir də gördüm
Alyendenin evinin qarşısındayam. Arada nə baş verdiyi çox vaxt yadımda qalmır.
Budur, dalğaqıranda oturub sarı sulara baxa-baxa fikirləşirəm: “İndi gedib yatmaq
vaxtıdı” və bir də başımı yuxarı qaldırıb görürəm Alyendenin evinin qarşısında
dayanmışam. Niyə? Bu vaxt Mariyanı görə biləcəyimi düşünməyin özü belə
173