Page 172 - "Xəzər"
P. 172
baxışları bir an yumşaldı. Ancaq vur-tut təəssüf hissi keçirdiyinə görə, vur-tut
ona görə.
Mariya hirslənmədiyini təkrar edib, emalatxanadan gedəndə, iradəm tamam
sındı. Yerimdən tərpənə bilməyib, otağın ortasında dayanaraq, gic kimi bir nöqtəyə
baxırdım. Birdən ağlıma gəldi ki, təcili hərəkət eləmək lazımdı.
Mən küçəyə qaçdım, ancaq Mariyadan əsər-əlamət yox idi. Taksi tutub evinə
getdim. Düşündüm ki, birbaşa evə getməz, heç olmasa, qayıdanda görərəm. Bir
saat boş-boşuna gözlədim. Sonra kafedən evinə zəng elədim; məlum oldu ki,
Mariya evdən saat dörddə çıxıb (saat dörd – yanıma gəldiyi vaxtdı), hələ də
qayıtmayıb. Bir neçə saat da gözlədim. Sonra yenə zəng elədim: mənə dedilər ki,
Mariya gecə qayıdacaq.
Özümü itirmiş halda, adətən, onunla görüşdüyümüz, ya gəzdiyimiz yerləri –
Rekoleta qəbiristanlığını, Sentenarno prospektini, Fransa və Puerto-Nueva
meydanını bir-bir gəzdim. Mariya heç harada yoxdu. O, əlbəttə, bizim ən yaxşı
anlarımızı xatırlatmayacaq yerlərdən başqa, istənilən küçədə gəzə bilərdi. Yenə
onun evinə tərəf cumdum, axı artıq çox gec idi, yəqin, qayıtmış olardı. Mariya artıq
qayıtmışdı: dedilər ki, yerinə girib, gələ bilmir. Hər halda, mən adımı dedim.
Bizi bir-birimizə bağlayan tel birdən qırılmışdı.
XXI
Mən ümidsizlik içində geri qayıtdım.
Adətən, bu dünyada yalqızlıq hissi məndə öz üstünlüyümə inam hissiylə birləşib:
mən insanlara nifrət eləyirəm və onları murdar, eybəcər, küt, acgöz, nəzakətsiz,
kobud sayıram, belə ki, tənhalıq məni qorxutmur, əksinə, hətta sakitlik hiss
eləyirəm.
172