Page 170 - "Xəzər"
P. 170
əyirdim “qardaş sevgisi” deyəndə nəyi nəzərdə tutduğunu izah eləsin.
Düşündüyüm kimi, Mariya cavabı ləngidirdi. Təbii ki, söz axtarırdı. Nəhayət,
dilləndi:

– Onunla yatdığımı dedim, onu istədiyimi demədim.

– Aha! – qalib gəlmiş kimi bərkdən dedim, – deməli, ona laqeyd olsan da, onunla
yatırsan, ancaq bununla belə, onu bunun əksinə inandırmağa çalışırsan!

Mariya donub qaldı. Sifətindən göz yaşları süzüldü. Gözləri çatlamış şüşə kimi
sanki torla örtüldü.

– Mən bunu deməmişəm, – o pıçıldadı.

– Bir şey aydındı, – ona acımadan sözümə davam elədim, – əgər sən göstərsən
ki, heç nə hiss eləmirsən, bu, səninçün əziyyətdi, vur-tut mehribanlığına, ağlına və
başqa şeylərə görə onunla yaxınlıq eləyirsən, – Alyende səninlə bir də heç vaxt
yatağa girməz. Başqa sözlə desək, əgər o özünü əvvəlki kimi aparırsa, deməli, sən
təkcə öz sevgini yox, hisslərini də imitasiya eləyə bilirsən. Həzz aldığını yalandan
göstərməyi də gözəl bacarırsan.

Mariya döşəməyə baxa-baxa dinməzcə ağlayırdı.

– Sən dəhşətli dərəcədə qəddarsan, – nəhayət, dilləndi.

– İndi iltifat göstərməyin yeri deyil, məni işin mahiyyəti maraqlandırır. Mahiyyət
də ondan ibarətdi ki, sən uzun illərdi təkcə sevgini yox, hisslərini də imitasiya
eləməklə ərini aldatmağı bacarmısan. Adi bir məktəbli də bundan nəticə çıxara
bilər: bəs məni niyə aldatmayasan? Səndəki dəyişikliklərin səmimiliyinə niyə
şübhə elədiyimi indi başa düşürsən. Otelloya xəbərdarlıq eləyən Dezdemonanın
atasını həmişə xatırlayıram: atasını aldadan qadın istənilən kişini də aldada bilər.
Uzun illər ərzində Alyendeni aldatmağın heç cür başımdan çıxmır.

Birdən qəddarlığın lap son həddinə çatmaq istədim və öz sözlərimin
kobudluğunu, iyrəncliyini bütün çılpaqlığıyla anlasam da, əlavə elədim:

170
   165   166   167   168   169   170   171   172   173   174   175