Page 169 - "Xəzər"
P. 169
fələrlə demişəm ki, Alyende ilə yaxın dostuq, onu qardaş kimi sevirəm,
qayğısına qalıram, onun ağlının itiliyinə heyranam, hər cəhətdən məndən qat-qat
yüksək olduğuna inanıram. Onun yanında özümü çox əhəmiyyətsiz və günahkar
hiss eləyirəm. Onu sevmədiyimi sən necə ağlına gətirə bilərsən?

– Onu sevmədiyini demədim. Sən dedin ki, onu daha əvvəlki kimi sevmirsən.
Deməli, onu əvvəllər, sənin sözlərinə görə, indi məni sevdiyin kimi sevmisən.
Ancaq bir neçə gün əvvəl limanda dedin ki, sənin həqiqi mənada sevdiyin ilk
adamam.

Mariya pis-pis mənə baxdı.

– Yaxşı, bu ziddiyyətləri bir kənara qoyaq, – sözümə davam elədim, – qayıdaq
Alyendeyə. Deyirsən, onu qardaş kimi sevirsən. Onda mənim bir sualıma cavab
ver: onunla yatırsan?

Mariya qüssəylə mənə baxdı. Bir az susandan sonra zəif səslə soruşdu:

– Bu suala da cavab verməyim vacibdi?

– Çox vacibdi! – hökmlə dedim.

– Dəhşətdi ki, məni belə sorğu-suala tutmağı özünə rəva görürsən!

– Axı bu çox sadədi: ya hə de, ya yox.

– Sən düşündüyün qədər də sadə deyil. Bəzən məğzinə varmadan nəsə eləmək
olur.

– Çox gözəl, – soyuq tərzdə dedim. – Deməli, hə.

– Hə.

– Deməli, onu istəyirsən.

Gözümü qəsdən ondan çəkmədən dedim, çünki belədə nəsə bir nəticə çıxarmaq
asandı. Əlbəttə, Alyendeyə olan ehtirasının həqiqiliyinə inanmırdım (intəhası,
Mariya temperamentdə adamdan nə desən gözləmək olardı), ancaq məcbur eləmək

169
   164   165   166   167   168   169   170   171   172   173   174