Page 168 - "Xəzər"
P. 168
Demək, indi onu sevmirsən?
– Mən demədim ki, daha sevmirəm, – etiraz elədi.
– Sən “sevirəm” yox, “sevirdim” dedin.
– Sən həmişə sözü qurdalayıb, içindən nəsə çıxarırsan, – Mariya hirsləndi. –
Dedim, onu sevdiyimə görə ərə getmişəm, bundan elə çıxmır ki, daha sevmirəm.
– Demək, Alyendeni sevirsən, – tezcə dedim. Guya əvvəlki dindirmələrdə yalan
ifadə verdiyini ifşa eləmək istəyirdim.
O susub, qaşqabağını salladı.
– Cavab verməyin nə mənası? Belə söhbətlər aramızda onsuz da çox olub.
– Ancaq bugünkü söhbət tamam ayrıdı. Mən soruşdum ki, Alyendeni hələ də
sevirsənmi, sən də “hə” dedin. Yeri gəlmişkən, yadıma gəlir, bir dəfə limanda
dedin ki, guya mən sənin sevdiyin ilk adamam.
Mariya yenə susdu. Onun fikrini tez-tez dəyişməyi, bir də konkret bir sözü ondan
kəlbətinlə qoparmağım məni həmişə əsəbiləşdirirdi.
– Buna nə deyirsən? – təkidlə soruşdum.
– Müxtəlif cür sevmək olar, – bezmiş halda cavab verdi. – Axı sən başa düşürsən
ki, mən indi Alyendeni evləndiyimiz vaxtdakı sevgiylə sevə bilmərəm.
– Hansı sevgiylə?
– Hansı? Mənim nə demək istədiyimi gözəl bilirsən.
– Təsəvvürüm belə yoxdu.
– Bu barədə sənə dəfələrlə demişəm.
– Demisən, ancaq heç vaxt izah eləməmisən.
– “İzah eləməmisən!” – hirslə qışqırdı. – Özün həmişə deyirsən: elə şeylər var ki,
izaha ehtiyacı yoxdu, indisə istəyirsən belə dolaşıq məsələdən baş çıxarım.

168
   163   164   165   166   167   168   169   170   171   172   173