Page 166 - "Xəzər"
P. 166
dan nəsə çığırdı... Bəs çığırıb nə deyirdi? Göstərdiyi tamaşaya görə ona heç nə vermədiyim
üçün, yəqin ki, “fırıldaqçı!” və ya daha pis bir şey deyirdi.

Sonra mən Anton Pavloviçə yanımda olan, Krımda yenicə çəkdiyim işlərimi verdim,
fikirləşdim ki, onun bir qədər kefini açaram... – bu, gecə lövbər salmış böyük gəmilərin
rəsmləriydi... Anton Pavloviç bu rəsmlərin onda qalmasını məndən xahiş etdi.

– Qoyun qalsın... Mən hələ onlara təklikdə baxmaq istəyirəm... – o dedi.
O, Moskvaya getməyə hazırlaşırdı. Mən bunu ona məsləhət görmədim. Onun tamamilə xəstə
görünüşü vardı, öskürəkdən boğulurdu. Nahar zamanı mənə dedi:
– Niyə çaxır içmirsiniz?.. Mən sağlam olsaydım içərdim... Çaxırı çox sevirəm...
Onun sözlərində xəstəlik və kədər ovqatı duyulurdu.
Mən Krımda – amma Yaltada deyil, hardasa kənarda – bir parça torpaq almaq və özümə
emalatxana tikmək istədiyimi bildirdim.
– Maşa, – o, bacısını çağırdı, – bilirsən nə var, gəl öz torpaq sahəmizi verək ona... İstəyirsiniz
Qurzufda, lap qayanın yanındakını verək... Orada iki il, düz dənizin yanında yaşamışam... Qulaq
as, Maşa, mən bu torpağı Konstantin Alekseyeviçə bağışlayıram... İstəyirsiniz?.. Amma orada
dəniz çox səs-küylüdü... İstəyirsiniz?.. Orada balaca bir ev də var. Siz onu götürsəniz, mən şad
olaram...
Anton Pavloviçə təşəkkür etdim, çünki mən də dəniz kənarında yaşaya bilməzdim, ona yaxın
yerdə yata bilməzdim, çünki həmişə ürək döyünməm olurdu...
Bu, mənim Çexovla son görüşüm oldu.
Sonra Qurzufda yaşadım və orada özümə emalatxana tikdim. Pəncərəmdən baxanda,
qayanın yanında nə vaxtsa Anton Pavloviçin yaşadığı ev görünürdü. Bu evi tez-tez öz rəsmlərimdə
təsvir edirdim. Qızıl güllər... və dənizin fonunda Anton Pavloviçin evi məhrəm ayrıntılarla
seçilirdi. O, uzaq bir diyar ovqatı yaradırdı və öz zəmanəsi tərəfindən yaxşı başa düşülməyən dahi
yazıçının ruhu yaşayan bu kədərli evin yaxınlığında dəniz haray qoparırdı.
Anton Pavloviç dəfələrlə mənə demişdi:
– Məni qadınlar da sevmir, axı... Hamı məni lağlağçı, məzhəkəçi hesab edir, bu isə doğru
deyil...

“Rossiya i slavyanstvo” həftəlik qəzeti, 1929-cu il.

SERVANTES MÜKAFATI LAUREATLARI

ERNESTO SABATO

Çevirdi: Saday Budaqlı

166
   161   162   163   164   165   166   167   168   169   170   171