Page 165 - "Xəzər"
P. 165
– Tələbəsən, dərsini oxu... avarasan, avaralığını elə... – deyə gözləri qapanmaqda olan sərxoş
bizə tərəf söyləndi...
Bu dəstəyə xoş gəlməməyimiz göz önündəydi, bizə – tələbələrə düşmən münasibəti
göstərmələri aşkarca bilinirdi.
Anton Pavloviç kiçik qeyd dəftərçəsini çıxarıb, tələsik nəsə qeyd elədi.
Geri qayıdanda mənə dedi:
– Baharda nəsə üzücü bir əlamət var... Dərin intizar və narahatçılıq... Hər şey canlanır, amma
təbiətin oyanmasına baxmayaraq, onda bir anlaşılmaz kədər var.
Biz tələbələrdən ayrılandan sonra o, mənə və Levitana gülümsünərək dedi:
– Bu tələbələr əla həkimlər olacaqlar... Onların başlarının ideyalarla dolu olmasına qibtə
edirəm...
II
Bizim Sokolniki gəzintimizdən uzun illər keçmişdi və mən Krıma – Yaltaya 1904-cü ildə
gəlişim zamanı Verxnıy Autkedəki evində Anton Pavloviç Çexova baş çəkdim. Alaqapıdan içəri
girdikdə bağ evinin həyətində boynunu uzadaraq bir ayağı üstə dayanmış durna gördüm. Məni
görüncə qanadlarını gərib, rəqs etməyə başladı, sanki özünü nümayiş etdirirdi – durnalar bu cür
oyunbazlığı yaxşı bacarır.
Anton Pavloviçi otağında tapdım. Pəncərə önündə oturub “Novoye vremya” qəzetini
oxuyurdu.
– Nə qəşəng durnanız var, – dedim, – elə şövqlə rəqs edirdi ki...
– Hə, çox gözəl və mehriban quşdu... Bizim hamımızı çox sevir, – Anton Pavloviç dedi. –
İkinci dəfədi ki, baharda uçub bizə təşrif gətirir. Qışlamaq üçün başqa ölkələrə, begemotların
yanına uçub getmişdi və yenə qayıdıb yanımıza gəlib. Maşa (bacım) və mən onu elə sevirik ki...
Uçub getməsi və yenidən qayıdıb gəlməsi – bu, çox qəribə və möcüzəlidi, doğru deyil?
Fikirləşmirəm ki, o, ancaq bağımızda qurbağaları məhv etmək üçün qayıdıb... Yox, o məğrurdu,
rəqs etməsini istəməyimizlə kifayətlənir. O artistdi, əyləncəli rəqsinə gülüşməyimizi sevir,
cürbəcür yerlərdə oynamağı xoşlayır və oraya uçurlar. Xanımım da Moskvaya uçub gedib – Bədii
Teatra...
Anton Pavloviç masanın üstündən bürmələnmiş kiçik bir kağız götürdü, öskürərək içinə
tüpürdü və içində məhlul olan bərniyə atdı.
Onun otağı səliqəliydi, işıqlıydı, amma bir qədər xəstələrə məxsus kimiydi. Kreozot qoxusu
gəlirdi. Masanın üstündə təqvim, artistlərin və tanışların xüsusi altlıqlı, yelpik kimi açılıb-
düzülmüş çoxlu fotoşəkilləri vardı. Divarlarda da fotoşəkillər asılmışdı, bunlar Tolstoyun,
Mixaylovskinin, Suvorinin, Potapenkonun, Levitanın və başqalarının portretləri idi.
Mariya Pavlovna otağa girdi və qulluqçu aşpaz qadının xəstələndiyini, başının bərk
ağrıdığını bildirdi. Anton Pavloviç öncə buna fikir vermədi, sonra qəfil ayağa durub dedi:
– Ah, necə də unutmuşam... Axı mən həkiməm... Bəs nə... mən həkiməm, axı... Gedim
görüm ona nə olub...
O, mətbəxə xəstənin yanına getdi. Mən onun arxasınca çıxdım və xatırlayıram ki, xəstəliyin
ağırlığı altında əyilmiş qaməti diqqətimi çəkdi; o arıqlamışdı, çiyinləri sallanmışdı, bunlar isə pis
xəstəlikdən əziyyət çəkdiyinin əlamətləriydi...
Mətbəx evdən aralıydı. Mən həyətdə yenə rəqs edən və şellənən durnaya tamaşa etmək üçün
dayandım; o, qanad çalıb uçdu, bağın üzərində dövrə vurub yenidən qarşımda yerə qondu.
– Gözəl durnam! Nazlı durnam!.. – çağırdım onu. Yaxına gəldi, öz iti baxışlarıyla məni
süzdü, görünür, çıxardığı oyuna görə məndən mükafat istəyirdi. Mən ona boş əlimi uzatdım. O,
165