Page 164 - "Xəzər"
P. 164
Qadın bir balaca kefliydi.
– Tələbəyik... Qoltuğu kitablı bir tayfayıq, bundan o yana heç kimik... siz də başlamısız...
Biz Sokolniki dairəsinə çatdıq.
Vaqondan düşəndə bizimlə gələn qadın Levitana üzünü tutub ayrılmaq məqamında bunları
dedi:
– Valideynimə rəhmət oxuyarsan... Onu Nikita Nikitiç çağırardılar... Seminariyanı bitirəndə
isə saçların daha gözəl olacaq... Peçatnikiyə gələrsən... Anfisa Nikitişnanı hamı tanıyır... Yedirib-
doyuraram səni... Oxumuş da olsan, yəqin acsan...
Anton Pavloviç gülürdü, tələbələr ciddiydi. Adama elə gəlirdi ki, narahatçılıq onları addım-
addım izləyir. Onların içi bir çox zəhlətökən ideyalarla doluydu. Onlarda sadəlik, səmimiyyət
çatışmırdı, özlərini həyatın axarına verə bilmirdilər. Amma bahar çox gözəl idi! Levitan meşənin
gözəlliyinə işarə edib: “Baxın, necə də gözəldi”, – deyəndə, tələbələrdən biri belə cavab verdi:
“Fövqəladə heç nə yoxdu... sadəcə, darıxdırıcıdı... meşədi də... cəhənnəmə ki!.. Burda nə var?..”
– Ay dəyənək, sən heç nə başa düşmürsən! – Levitan dedi.
Biz xiyabanla irəliləyirdik.
Meşənin sehrli gözəlliyi vardı. Bahar günəşinin şüaları altında şamların başucları tünd mavi
göyün dərinliyində qırmızımtıl alov rəngdə bərq vururdu. Qaratoyuqlar aramsız olaraq oxuyurdu
və ququ quşları uzaqlarda bizim bu ecazkar yer üzündə kimin nə qədər ömrü qaldığının sirli
hesabını aparırdı...
Çiyinlərinə qalın yun şərf salmış tələbələrdə də bir canlanma əmələ gəldi, onlar oxumağa
başladılar:

“Nə etməli?” yazanın
Sağlığına gəl içək.
İçək... o ideallar,
O arzular güləcək...

Anton Pavloviç Levitanla yanaşı gedirdi, qabaqda da tələbələr... Uzaqdan onların uzun
saçlarının çiyinlərinə necə töküldüyü görünürdü. O zaman bu dəb idi.

– O nə quşudu uçur elə? – onlardan biri Levitana üzünü tutub soruşdu.
– O, yəqin ki, qızılquşdu... – Anton Pavloviç zarafatla dedi.
Uçan qarğaydı!
– Məncə, Sokolnikidə1. (Sokolnik – qızılquş ovçusu; qədim Rusiyada alıcı quşlara baxan
saray xadimi, Moskvada yer adı – tərc.) daha qızılquş yoxdu... – deyə Çexov əlavə etdi. – Mən
heç vaxt o cür qızılquş görməmişəm... Əsl qızılquş… Qızılquş ovçuları nə düşünürlər... Olsun ki,
qızılquş ovu Rusiyada yayılıbmış...
Biz meşənin kənarına çatdıq. Dəmir yoluna aparan bir cığır vardı qarşımızda. Üstünə süfrələr
sərilmiş masalar gördük. Çay içən xeyli insan vardı... Samovarlar tüstüləyirdi... Biz də bir masanın
arxasında əyləşdik, çay süfrəsi Sokolnikidə dəb idi. Xidmətçilər dərhal bizə yaxınlaşdılar...
Onların tabaqları bulka, suxarı, quru balıq, hisə verilmiş kolbasayla doluydu...
– Buyurun, gözəl cənablar...
Yaxınlığımızdakı o biri masanın arxasında bərk keflənmiş “Oxotnıy ryad”ın ticarətçilərinə
oxşayanlar oturmuşdu və bizə pis nəzərlərlə baxırdılar.
– Ey siz... tələbələr... – Onların arasından möhkəm sərxoş olan biri bizə sarı üz tutub dilləndi.
– Əgər... – deyə bizə yumruq göstərdi.
Yanında bir başqası onu dilə tutdu ki, bizə baş qoşmasın.
– Onlara baş qoşma... Nəyinə lazım... Bəlkə, onlar heç tələbə deyil... Nə borcuna...

164
   159   160   161   162   163   164   165   166   167   168   169