Page 163 - "Xəzər"
P. 163
– Sizin hekayələriniz kimə lazımdı? Onlar nəyə aparıb çıxaracaq ki? Nə müxalifliyi var, nə
ideyası... Məsələn, siz “Russkie vedomosti”yə gərək deyilsiniz. Bəli, yazdıqlarınız əyləncədi
yalnız...
– Yalnız əyləncədi, – Anton Pavloviç cavab verdi.
– İcazə verin soruşum, niyə siz Çexonte imzası işlədirsiniz? Belə bir Çin təxəllüsü nəyə
gərəkdi?
Çexov gülümsündü.
– Ona görə ki, – deyə tələbə sözünə davam etdi, – siz tibb doktoru olanda, bir vaxt ideyasız
və etirazsız yazdıqlarınıza görə vicdanınız rahat olacaq...
– Doğru deyirsiniz... – gülməyə davam edən Çexov cavab verdi. – Gəlin Sokolnikiyə
gedək... Gözəl gündü... Orada artıq bənövşələr çiçəkləyir... Təmiz hava... bahar...
Biz Sokolnikiyə yollandıq.
“Krasnıye vorotı”dan konkaya mindik, “Krasnıy prud”un, vağzalların, qırmızı-yaşıl dəmir
damları olan taxta evlərin yanından ötdük. Biz Moskvanın kənarıyla gedirdik...
Levitan yarımçıq söhbəti davam etdirdi.
– Necə bilirsiniz, – dedi, – bax, mənim də heç bir ideyam-filanım yoxdu... Mən rəssam ola
bilərəm, ya yox?
– Mümkün deyil, – tələbə cavab verdi, – ideyasız insan heç nə edə bilməz...
Levitan tələbəyə:
– Siz lap timsahsınız! – dedi. – Mən indi neyləməliyəm? Atmalıyam sənətimi?
– Atmalısınız...
Anton Pavloviç gülərək söhbətə qarışdı:
– O, rəssamlığı necə ata bilər, axı? Yox! İsaak hiyləgərdi, atmaz... O, boynundan asmağa
medal da alıb... İndi isə Stanislavı gözləyir... Stanislav isə balaca məsələ deyil... Elə beləcə də
adlanır: Stanislav... Əngimə ilişdirmə haa...
Biz gülüşdük, tələbələr incidi.
– Əgər mən günəş altında şam ağacını, baharı çəkmək istəyirəmsə, hansı ideyadan söhbət
gedə bilər, hə?
– Lütfən... başa düşürsünüz? Şam ağacı bir materialdı. Tikinti materialı... Başa düşürsünüz?..
Odun xalq malıdı... Bunu təbiət xalq üçün yaradır... Başa düşürsüz?.. – deyə tələbə coşdu. – Xalq
üçün...
– Amma mən ağac kəsməyə iyrənc bir şey kimi baxıram... Onlar da bizim kimi canlıdı,
budaqlarında quşlar oxuyur... Quşlar bizdən yaxşıdı... Mən rəsm çəkirəm və bunun odun olduğunu
fikirləşmirəm.. Bunu mən fikirləşə bilmərəm... Siz əsl timsahsınız!.. – Levitan dedi.
– Nədən bəs oxuyan quşlar bizdən yaxşıdı?.. Lütfən... – tələbə qeyzləndi.
– Bu, mənə toxunur, – Anton Pavloviç dedi, – İsaak, sən bunu sübut etməlisən.
– Zəhmət çəkin sübut edin ki... – ifadəli və iti baxışlarını Levitana zilləyən tələbə ciddi-
cəhdlə israr etdi.
Anton Pavloviç güldü.
– Axmaqlıqdı... – deyə Levitan onun sözünü kəsdi.
– Tezliklə Sokolnikidi, biz artıq yaxınlaşırıq...
Levitanın yanında əyləşmiş bir xala, əlindəki kisəcikdən qırmızı boyanmış bir pasxa
yumurtası çıxarıb ona uzatdı və dedi:
– Yeyərsən, gözəl oğlan... (Levitan çox gözəl idi.) Atam rəhmətə gedib... İndi qırxıdı...
Rəhmət oxuyarsan ona...
Levitanla Çexov gülüşdülər. Levitan yumurtanı aldı və kimə rəhmət oxumağı bilməkdən
ötrü qadının atasının adını soruşdu...
– Nə danışırsan, gözəl oğlan, bəlkə, sən keşişsən?
163