Page 133 - "Xəzər"
P. 133
Mirenin əksinə olaraq qırx yaşlı gedonist1 (həyatın zövq və səfadan ibarət
olduğunu iddia eləyən qədim yunan əxlaq nəzəriyyəsi) “öz talesizliyinin
idilliyası”na söykənir (“Burda olmayan həyat”). Əslində, gedonist öz həyatını
taleyə çevrilməkdən qoruyur. Tale bizim qanımızı içir, ağır yük kimi boynumuzdan
asılır, ayağımıza dolaşır. (Qeyd eləyim ki, personajlarımın arasında qırxyaşlılar
mənə hamısından yaxındı.)

Graphomanie. Qrafomaniya. Məktub, gündəlik, nəsil xronikası yazmaq (yəni
özü və öz yaxınları üçün) düşkünlüyü yox, “kitab (naməlum oxucu auditoriyası
üçün) yazmaq düşkünlüyü” (“Gülüş və yaddaş kitabı”). Nəsə yaratmaq düşkünlüyü
yox, öz “mən”ini başqalarına sırımaq düşkünlüyü. Hökmün və iradənin ən qrotesk
variantı.

Idees. İdeyalar. Əsərləri ideyalara bağlayanlara bəslədiyim nifrət. Qondarma
“ideyalar mübarizəsi”nə cəlb edilmək imkanının mənə təlqin elədiyi dəhşət.
İdeyalara heyran olub, əsərlərə etinasız münasibət göstərən dövrə baxanda hiss
elədiyim ümidsizlik.

Idylle. İdilliya. Fransada az istifadə edilən, amma Hegel, Höte, Şiller üçün
əhəmiyyətli olan söz: ilk münaqişəyə qədər; yaxud münaqişələrdən kənarda;
anlaşılmaz, yəni yalançı münaqişələrdən ibarət olan dünyanın vəziyyəti. “Qırxyaşlı
kişinin sevgi həyatı həddən artıq çoxçalarlı olsa da, qəlbinin dərinliklərində o, idillik
personajıydı…” (“Burda olmayan həyat”) Sevgi avantürasını idilliyayla
barışdırmaq gedonizmin mahiyyəti və onun mümkünsüzlüyünün səbəbidi.

Imagination. Təxəyyül. “Taminanın adadakı tarixçəsiylə siz uşaqlara nə
demək istəyirdiniz?” – məndən soruşurlar. Əvvəlcə bu tarixçə məni heyrətə salan
yuxuydu, oyanandan sonra beynimdən çıxmırdı, onu yazanda genişləndirib
dərinləşdirdim. Onun mənası? Əgər istəyirsinizsə: infantokratik1 (yaşlı vaxtda
uşaqlıq dövrünün xüsusiyyətlərini saxlamaq) gələcəyin qarabasma obrazı. Amma
fikir yuxuya yox, yuxu fikrə səbəb oldu. Deməli, bu hekayəni xəyala qapılıb oxumaq

133
   128   129   130   131   132   133   134   135   136   137   138