Page 128 - "Xəzər"
P. 128
11. “Peterburqskie izvestiya” və “Volos” qəzetlərində... – 1863-1874-cü illərdə F.Korşun
rəhbərliyi ilə nəşr olunan “S.Peterburqskie vedomosti” və A.A.Kraevskinin redaktorluğu ilə
çıxan “Volos” qəzetləri

12. ...İsveçrəyə… Vilhelm Tellin vətəninə... “Vilhelm Tell” – Şillerin eyniadlı dramı
(1864) yazıldıqdan sonra populyarlaşmış qorxusuz İsveçrə xalq qəhrəmanı

13. “Vətən oglu” – 1862-ci ildə Peterburqda əsası qoyulmuş gündəlik siyasi, ədəbi və
elmi qəzet

14. ...yeni Furye olacağam; Şarl Furye (1772-1837) – fransız sosialist-utopisti, onun
ideyaları Çernışevskinin “Nə etməli” romanı nəşr olunduqdan sonra, 1860-cı illərin əvvəllərində
rus jurnallarında xüsusilə qızğın müzakirələr doğurmuşdu.

15. ...Qarnye-Pajesişkadır... Lui Antuan Qarnye-Pajess (1803-1878) – fransız burjua
siyasi xadimi, 1830 və 1848-ci illərdə inqilab iştirakçısı, 1864-cü ildən qanunverici korpusun

üzvü

16. Andrey Aleksandroviçi haqlı olaraq rusların Alfred de Myussesi adlandırırlarsa...
İşbaz-naşir A.A.Kraevski ilə fransız romantik şairi A.Myussenin (1810-1875) müqayisəsi ironik
məna daşıyır.

17. Yevqeniya Tur – rus yazıçısı, publisistik məqalələr müəllifi Yelizaveta Vasilyevna
Salias de Turnemirin (Suxovo-Kobılina, 1814-1892) təxəllüsü, onun ədəbiyyat məclislərində
yazıçılar və elm adamları toplaşırdılar.

18. Vəhşi insanlar azadlığı, müdriklər isə qayda-qanunu sevirlər… – Ş.M.Karamzinin
“Canişin Marfa” (1802) əsərindən sitat. Karamzində belədir: “Vəhşi xalqlar müstəqilliyi, müdrik
xalqlar isə qayda-qanunu sevirlər: mütləqiyyət olmadan isə qayda-qanun yoxdur”.

19. Qof-rat – məmur (alm.)
20. ...Bu qəzetin xüsusi bir təmayülü yox idi... – “Peterburqskiy listok. Şəhər həyatı və
ədəbiyyatı” qəzeti nəzərdə tutulur. 1864-cü ildə yaradılıb.
21. Borel – Peterburqda ləziz yeməklərilə şöhrət tapmış bahalı restoranın sahibi
22. İxnevmon – Şimali Afrika və Ön Asiyanın qamışlıqlarında yaşayan yırtıcı məməli
23. Lessepslə oralara gedən fransızlar... – Suets kanalı qazılarkən fransız mühəndisi və
diplomatı Ferdinand Mari Lessepsin (1805-1894) Afrikaya getməsi nəzərdə tutulur.
24. Evlər təzədir, ancaq zehniyyət köhnə... – Qriboyedovun “Agıldan bəla”
komediyasında Çatskinin sözləri.

ESSE

YETMİŞ ÜÇ SÖZ Milan KUNDERA

128
   123   124   125   126   127   128   129   130   131   132   133