Page 130 - "Xəzər"
P. 130
əsində tərcümə eləməyin mümkün olduğuna az qala inanmışdım. Əlbəttə, hər şey
sadəydi: o da argentinalı tərcüməçi kimi, fransızcadan çevirmişdi. Daha bir ölkə: bu
dəfə çex dilindən tərcümə. Kitabı açıb təsadüfən Helenanın monoloquna rast
gəlirəm. Hər biri bütöv abzası tutan uzun cümlələr çoxlu sadə cümlələrə bölünüb…
“Zarafat”ın tərcüməsilə bağlı keçirdiyim sarsıntı qəlbimdə həmişəlik iz buraxdı.
Xoşbəxtlikdən, sonralar dəqiq tərcümələrə rast gəldim. Amma təəssüf ki, eyni
zamanda dəqiq olmayan tərcümələrə də… Məndən – çex oxucusundan tamamilə
məhrum olmuş bir adamdan ötrü tərcümə hər şey deməkdi. Bax buna görə də bir
neçə il qabaq, nəhayət, kitablarımın xarici nəşrlərində qayda yaratmağı qərara aldım.
Bu isə mənə münaqişələr və yorğunluq bahasına başa gəldi: oxumaq, nəzarət, oxuya
bildiyim üç, yaxud dörd dildə köhnə və təzə romanlarıma təzədən baxmaq həyatımın
böyük bir dövrünü əlimdən aldı…

Öz romanlarının tərcümələrinə nəzarət eləməyə çalışan müəllif vəhşi qoyun
sürüsünün arxasınca qaçan çoban kimi, saysız-hesabsız sözlərin dalınca düşür. Öz
gözündə təəssüf, başqalarının gözündə gülüş doğuran obrazdı. “Le Deba” jurnalının
direktoru, dostum Pyer Noranın mənim çoban vəziyyətimin kədərli-komik cəhətini
yaxşı dərk elədiyinə inanıram. Bir dəfə o, gizlədə bilmədiyi mərhəmətlə mənə dedi:
“Yaxşısı budur, nəhayət, öz əzablarını unudub, məndən ötrü bir şey yaz. Tərcümələr
səni hər sözün üzərində düşünməyə məcbur eləyib. Öz şəxsi sözlüyünü tərtib elə.
Romanlarının sözlüyünü. Başlıca sözlərinin, problemli sözlərinin sözlüyünü”. Mən
bunu elədim.

Aphorisme. Aforizm. Yunancada “tərif, şərh” mənasını verən aphorismos
sözündəndir. Aforizm tərifin, şərhin poetik formasıdır.

Beaute (et connaissance). Gözəllik (və dərk etmə). Broxla1 (German Brox,
Avstriya yazıçısı (1886-1951), “Ay adamları” (1931-1932), “Yoldan
çıxaran”(1953), “Günahsızlar”(1950) romanlarının müəllifi) birlikdə dərketməni
romanın yeganə əxlaqı sayanları, elmlə əlaqəsi üzündən həddən artıq gözdən salmış
“dərketmə” sözünün dəmir haləsi çaşdırır. Buna görə də əlavə eləmək lazımdır ki,
roman kəşf elədiyi mövcudluğun bütün cəhətlərini gözəllik kimi açır. İlk romançılar

130
   125   126   127   128   129   130   131   132   133   134   135