Page 136 - "Xəzər"
P. 136
“Gülüş və yaddaş kitabı”ndan: “Mədəsindəki boşluq məhz ağırlığın dözülməz
yoxluğudu, istənilən vaxt öz əksiylə əvəz oluna biləcək hər bir ifratçılıq kimi, son
həddə çatdırılmış yüngüllük də dəhşətli ağırlığa çevrilmişdi və Tamina da bilirdi ki,
buna daha bir saniyə də olsun tab gətirməyəcək”.
Yalnız kitablarımın bütün tərcümələrini oxuyanda, bu təkrarları məyusluq
hissiylə sezdim! Sonra təskinlik tapdım: bəlkə də bütün romançılar müxtəlif
variantları olan eyni mövzunu (ilk romanı) yazırlar.
Litanie. Litaniya. Təkrarlama musiqi kompozisiyasının prinsipidi. Litaniya
musiqiyə çevrilmiş sözdür. Mən istərdim, hisslərdən ibarət, refleksiyayla bağlı
roman arada bir nəğməyə çevrilsin. Bu da “ev” sözü üzərində qurulmuş
“Zarafat”dakı litaniya: “…və mənə elə gəlirdi ki, bu mahnılarda mənim çıxış yolum,
mənim orijinal əlamətim, üstəlik, mənim evim olan öz evim var, mən o evə xəyanət
eləmişəm (çünki ən kədərli inilti öz evinə xəyanətdən yaranır); amma eyni zamanda
başa düşürdüm ki, mənim evim bu dünyaya məxsus deyil (intəhası, əgər bu dünyaya
məxsus deyilsə, axı necə mənim evim ola bilər?), oxuduğumuz mahnıların hamısı
vur-tut xatirəydi, daha olmayan şeyləri xəyallarda yaşatmaqdı və hiss eləyirdim ki,
üstündə evimin durduğu torpaq ayaqlarımın altından qaçır, mən də dodaqlarımın
arasında klarnet illərin, yüzillərin dibsiz dərinliyinə sürüşüb düşürəm və heyrətlə
öz-özümə deyirəm ki, mənim yeganə sığınacağım məhz bu eniş, hər şeyi süpürüb
aparan bu acgöz yıxılmadı və mən başgicəlləndirici ləzzətlə ona tabe oluram…”
Livre. Kitab. Müxtəlif verilişlərdə min dəfə deyilib: “…mənim kitabımda
deyildiyi kimi…”
“Mənim kitabım”– özünübəyənmənin fonetik qaldırıcı liftidi.
Lyrique. Lirik. “Mövcudluğun dözülməz yüngüllüyü”ndə qadın düşkünlərinin
iki tipi barədə danışılır: lirik (hər bir qadında öz idealını axtaran) və epik
(qadınlarda qadın dünyasının sonsuz müxtəlifliklərini axtaran). XVIII yüzilin
sonunda Almaniyada yaranan, Hegelin “Estetika” əsərində mükəmməl inkişaf
etdirilən klassik lirika və epos (və dramlar) bu tiplərə uyğun gəlir: lirika subyektiv
136