Page 137 - "Xəzər"
P. 137
rafın ifadəsi, epos isə obyektiv dünyanın dərk olunma ehtirasıdır. Lirika və epos
məndən ötrü estetika ilə məhdudlaşmır, onlar insanın özünə, dünyaya və başqalarına
(lirik yaş gəncliyin yaşıdı) münasibətdə iki mümkün mövqeyi ifadə edir…

Lyrisme (et revolution). Lirizm (və inqilab). “Lirizm keflənməkdi, insansa
dünyaya asan uyğunlaşmaq üçün özünü kefləndirir. İnqilab öyrənməyə,
araşdırmağa məruz qalmağı xoşlamır, özünün bütöv qəbul olunmasını istəyir, bu
mənada, inqilab lirikdir və liriklik ondan ötrü vacibdir” (“Burda olmayan həyat”).

“Qadın və kişi dustaqların arxasındakı divara başdan-ayağa şeirlər
yapışdırılmışdı, adamlar da düz onun qarşısında rəqs eləyirdilər. Ölüm rəqsi yox!
Burda günahsızlıq rəqs eləyirdi! Qanlı təbəssümü olan günahsızlıq” (“Burda
olmayan həyat”).

Meditation. Meditasiya, düşüncə. Romançının üç çıxış imkanı: tarixçəni
danışmaq (Fildinq), tarixçəni təsvir eləmək (Flober), tarixçəni təsəvvür eləmək
(Müzil). XІX yüzildə roman təsviri ruhla (pozitiv, elmi) harmoniya təşkil eləyirdi.
XX yüzildə romanı daimi düşüncəylə əsaslandırmaq dövrün daha fikirləşmək
istəməyən ruhuyla ziddiyyətə girmək deməkdir…

Metaphore. Məcaz. Mən məcazı yalnız bəzək olduğu hallarda sevmirəm.
Təkcə “çöllərin yaşıl xalısı” kimi çeynənmiş ifadələri nəzərdə tutmuram, həmçinin:
“Gülüş onların ağzından yaralardan irin axan təki tökülürdü”(Rilke). Yaxud: “Dua
artıq onun dodaqlarından quru ağac kimi çıxıb ətrafa yayılırdı” (Malta Lauridis
Briggenin qeydləri). Məncə, Kafka məcazdan qəsdən imtina eləyib, özünü şüurlu
surətdə Rilkeyə qarşı qoyurdu. Bununla belə, məcaz mənə əşyaların, hadisələrin
gedişini, personajların mahiyyətini gözlənilmədən açmağa nail olmaq üçün
əvəzolunmaz vasitə kimi görünür… Mənim qaydam: romanda çox az sayda məcaz
işlətməli; amma elə işlətməli ki, onlar əsərin kulminasiya nöqtələri olsunlar.

Moderne (art moderne, monde moderne). Çağdaş (çağdaş sənət, çağdaş
dünya). Lirik vəcddə özünü çağdaş dünyayla eyniləşdirən çağdaş sənət mövcuddu.
Apolliner. Texniki tərəqqidən ləzzət almaq, gələcəyə məftunluq. Onunla birgə və

137
   132   133   134   135   136   137   138   139   140   141   142