Page 138 - "Xəzər"
P. 138
n ardınca: Mayakovski, Leje, futuristlər, avanqardçılar. Amma Apollinerin
tamamilə əksi də var – Kafka. Çağdaş dünya insanın içində itdiyi labirint kimidi.
Antilirik, antiromantik, skeptik, tənqidi modernizm. Kafkayla birlikdə və onun
arxasınca: Müzil, Brox, Qambroviç, Bekket, İonesko, Fellini… “Antiçağdaş
modernizm” irsinin əhəmiyyəti bizim gələcəyə doğru hərəkətimizlə artır.

Moderne (etre moderne). Çağdaş (çağdaş olmaq). “Yenilik, yenilik, yenilik –
bu, kommunizmin ulduzudu və ondan kənarda kommunizm ola bilməz”, – 1920-ci
ildə məhşur çex avanqard yazıçısı Vladislav Vankura yazırdı.

Çağdaşlıqdan geri qalmamaq üçün onun mənsub olduğu nəsil Kommunist
Partiyasına daxil olmağa tələsirdi. Kommunist Partiyası hər yerdə “çağdaşlıqdan
kənar” qalandasa, onun tarixi süqutu artıq həll olunmuşdu. Çünki “mütləq azad
olmaq lazımdı”, – Rembo yazırdı. Çağdaş olmaq istəyi arxetipdi, yəni bizdə dərin
kök salmış irrasional imperativ1 (fəlsəfədə “qəti tələ” mənasını verir), məzmunu
dəyişkən və qeyri-müəyyən olan, bizə zorla qəbul etdirilmiş formadı: çağdaş, özünü
çağdaş elan eləyən və o cür qəbul olunandı…

Oktavio. Oktavio Pas və arvadı Mari-Yonun yaşadığı Meksikanın mərkəzində
dəhşətli zəlzələ baş verəndə mən bu balaca sözlüyü tərtib eləməklə məşğuluydum.
Doqquz gün ondan heç bir xəbər çıxmadı. Sentyabrın 27-də telefon zəng çaldı:
Oktaviodan xəbər gəlmişdi. Onun sağlığına şüşənin ağzını açıram və mənə əziz olan
adını bu yetmiş üç sözün qırx doqquzuncusu eləyirəm.

Ouvre. Əsər. “Qeydlərdən əsərə qədər yol diz üstündə keçir”. Mən Vladimir
Qolanın2 (çex şairi, “Ölüm zəfəri”, “Əsinti” və s. poetik toplularının müəllifi) bu
misrasını unuda bilmirəm. Felitseyə məktubları və “Qəsr”i o səviyyəyə qoymaqdan
imtina eləyirəm.

Opys. Əsər (musiqi əsəri). Bəstəkarların çoxdankı adətidi, onlar yalnız
“məqbul” əsərlərə nömrə qoyurlar. Püxtələşmədikləri dövrdə, ya təsadüfən
bəstələdikləri, yaxud məşq zamanı yaranmış əsərləri nömrələmirlər. Məsələn,
Bethovenin nömrələnməmiş “Salyeri mövzusunda variasiyalar”ı. Bu əsərlər,

138
   133   134   135   136   137   138   139   140   141   142   143