Page 129 - "Xəzər"
P. 129
Məndən hansı dildə fikirləşdiyimi, hansı dildə yuxu gördüyümü soruşurlar. Deyirəm:
insan hansı dildə danışır-danışsın yuxular görür, fikirləşir, düşünür. Dil ancaq o vaxt reallıq

olur ki, gördüyünü və fikirləşdiyini kimlərləsə bölüşmək qərarına gəlirsən.

İosif Brodski

Milan Kundera 1929-cu ildə Çexoslovakiyanın Brno şəhərində doğulub.1968-
ci il hadisələrinin fəal iştirakçısı olub. 1975-ci ildən Fransada yaşayır.

M.Kundera yaradıcılığa şair kimi başlayıb. “İnsan: Böyük bağ”(1953),
“Sonuncu may”(1955), “Monoloqlar”(1957) adlı poetik toplularını nəşr etdirib.
1962-ci ildə “Açarçılar” adlı pyesini yazıb. Həmin vaxt nəsrlə ciddi məşğul olan
Milan Kunderanın novellaları, romanları və esseləri müəllifə böyük şöhrət
qazandırıb. “Gülməli əhvalat” (1963-1968) novellalar toplusu, “Zarafat” (1965),
“Burda olmayan həyat” (1973), “Gülüş və yaddaş kitabı” (1978), eyni zamanda
“Mövcudluğun dözülməz yüngüllüyü”, “Ölməzlik”, “Arxayınlıq” romanları onu
dünya ədəbiyyatının nəhəng simaları sırasına çıxarıb.

M.Kundera nəzəriyyəçi kimi də çox məşhurdur. O, yazdığı esselərində öz
romanları barədə mülahizələrini söyləyir. Oxuculara təqdim elədiyimiz bu esseni
müəllif “romanlarında olan başlıca sözlər və roman estetikasının başlıca sözləri”
adlandırıb. Esse kiçik ixtisarla tərcümə olunur.

***

1968-69-cu illərdə “Zarafat” romanı bütün qərb dillərinə tərcümə olunmuşdu.
Amma heyrətlənmişdim! Fransada tərcüməçi mənim üslubumu bəzəyib, romanı
təzədən yazmışdı. İngiltərədə naşir əsəri doğrayıb refleksiyayla1 (öz hərəkətini təhlil
eləmək) bağlı bütün hissələri kəsib atmış, musiqişünaslıq fəsillərini çıxarmış,
hissələrin sıralanmasını dəyişmişdi. Tərcüməçilərimin biriylə təsadüfən rastlaşıram.
O, çex dilində bir kəlmə də bilmir. “Bəs necə çevirmisiniz?” – “Mənə qəlbim
pıçıldadı”, – cavab verir, portfelindən şəklimi çıxarır. O elə qanışiriniydi, telepatiya

129
   124   125   126   127   128   129   130   131   132   133   134