Page 134 - "Xəzər"
P. 134
ımdır. Heç də açılması lazım gələn rebus kimi oxunmamalıdır. Kafkaşünaslar
məhz yazıçını şərh etməyə girişərək onu “öldürdülər”.

Inexperience. Təcrübəsizlik. “Mövcudluğun dözülməz yüngüllüyü” romanının
ilkin adı “Təcrübəsizlik planeti”dir. Təcrübəsizlik insan mövcudluğunun bir
xüsusiyyətidi. İnsan yalnız bir dəfə doğulur, o heç zaman əvvəlki həyatının
təcrübəsindən istifadə eləyib, ikinci bir həyat yaşaya bilməz. O, gəncliyin nə
olduğunu bilmədən uşaqlıq dövründən böyüyür, ailə həyatından xəbərsiz evlənir və
hətta hara getdiyini sezmədən qocalır. Qocalar – qocalığın günahsız övladlarıdı. Bu
mənada insanın yer kürəsi təcrübəsizlik planetidir.

Infantocratie. İnfantokratiya. Motosikletçi əllərini və ayaqlarını “O” şəklində
əyib boş şəhərdə şütüyürdü; göy gurultusu içində prospektlə üzüyuxarı qalxa-qalxa
onun üzü öz bağırtılarına böyük əhəmiyyət verən uşağın üzü kimi, ciddilik ifadə
eləyirdi (Müzil, “Sifətsiz adam”). Uşaq ciddiliyi texniki tərəqqi dövrünün sifətidi.
İnfantokratiya bəşəriyyətə sırınmış uşaqlıq idealıdır.

Interview. Müsahibə. Dialoq ədəbiyyatın vacib formasıdır. Boynuma alıram:
mənim fikirləşdiyim, tərtib elədiyim və iştirakımla tərtib olunmuş bir neçə uğurlu
müsahibəm olub. Təəssüf ki, əksər vaxtlar müsahibə başqa məna kəsb eləyir: 1)
müxbir sizi yox, özünü maraqlandıran suallar verir; 2) cavablarınızdan yalnız özünə
lazım olanları istifadə eləyir; sözlərinizi öz leksikasına, öz təfəkkür üslubuna
uyğunlaşdırır; Amerika jurnalistikasını yamsılayıb, deməyə məcbur olduğunuzu çap
eləməyə icazənizi də almır. Müsahibə işıq üzü görür. Siz özünüzə təskinlik
verirsiniz: tezliklə yaddan çıxacaq! Qətiyyən: ondan sitat gətirəcəklər! Hətta ən
vasvası universitet professorları belə yazıçıyla jurnalistin dedikləri arasında fərq
qoymayacaqlar. (Tarixi misal: Qustav Yanuşun Kafkayla söhbətləri. Kafkaşünaslar
üçün sonsuz sitat mənbəyi olan mistikləşdirmə.) 1985-ci ilin iyununda qət elədim:
daha müsahibə verməyəcəyəm. Redaktə elədiyim, çapdan çıxan dialoqlarımdan
başqa bu tarixdən ortaya çıxan sözlərimin başqa formada ifadə edilməsi yalan kimi
qəbul edilməlidi.

134
   129   130   131   132   133   134   135   136   137   138   139