Page 131 - "Xəzər"
P. 131
əranı kəşf eləyiblər. Əgər macəra bizə gözəl görünürsə və əgər ona
vurulmuşuqsa, bu, onların sayəsində baş verib. Kafka faciəvi tərzdə tələyə düşmüş
insanın vəziyyətini təsvir eləyib. Bir vaxtlar kafkaşünaslar yazıçının bizdən ötrü
ümid yeri qoyub-qoymadığı barədə mübahisə eləyirdilər. Yox, söhbət ümiddən
getmir. Məsələ burasındadır ki, hətta bu dözülməz vəziyyətdə belə Kafka qəribə,
kədərli gözəlliyi kəşf eləyir. Gözəllik, ümiddən məhrum olmuş insanın axırıncı
mümkün ola bilən qələbəsidi. Sənətdə gözəllik, qəfildən yandırılmış işıq, ilk dəfə
deyilmiş sözdür. Böyük romanlara hopmuş işığı zaman söndürməyə qadir deyil,
çünki insan nə qədər ki, unutqanlıqdan yaxa qurtarmayıb, romançıların kəşfləri öz
köhnəliyinə baxmayaraq, həmişə bizi heyrətləndirəcəkdir.

Bleute. Göy rəngə boyanmış. Başqa heç bir rəng zərifliyin bu linqvistik
formasını bilmir. Novalisin2 (əsl adı Fridrix fon Hardenberq (1772-1801) olan
alman romantik yazıçısı və filosofu, “Henrix fon Ofterdingen” və “Gecələrə himn”
romanlarının müəllifi) sözüdür: “Yoxluğun göyümtül rənginə boyanmış ölüm”.
(“Gülüş və yaddaş kitabı”)

Caracteres. 1.Şrift. 2.Xarakterlər. Kitabları get-gedə daha xırda şriftlərlə çap
eləyirlər. Ədəbiyyatın sonunu təsəvvürümdə canlandırıram: tədricən şrift o qədər
kiçiləcək ki, tamamilə görünməyəcək, bunun necə baş verdiyini də heç kəs
sezməyəcək.

Chapeau. Şlyapa. Magik əşyadı. Bir yuxumu xatırlayıram: nohurun qırağında
iri qara şlyapalı on yaşında bir uşaq durur. O, suya atılır. Onu ölmüş vəziyyətdə
çıxarırlar. Qara şlyapası hələ də başındadı.

Comique. Komiklik. Faciəvilik insan əzəmətinin gözəl illüziyasını təklif edib,
bizə təskinlik gətirir. Komiklik daha qəddardır – o, bütün mövcudluğun boş bir şey
olduğunu kobudcasına ifşa eləyir. Mənə belə gəlir ki, insana məxsus olan hər şeydə
komiklik cəhəti var. Əsl komik dühalar bizi daha çox gülməyə məcbur eləyənlər
yox, komikliyin naməlum hüdudlarını kəşf eləyənlərdir.

131
   126   127   128   129   130   131   132   133   134   135   136