Page 127 - "Xəzər"
P. 127
adı Afimya Skapidarovanın həyatına təhlükə törədir. Budur, nəhayət, bizim qabaqcadan
dediklərimiz oldu: dünən axşam saat doqquzun yarısında əlində şorba qazanı tutmuş əsgər arvadı
Afimya Skapidarova pilləkəndən yıxılıb, ayağını sındırıb. Görəsən, bundan sonra Lukyanov öz
pilləkənini düzəltdirəcəkmi? Rus insanının son ağlı… Ancaq Allaha təvəkkülün qurbanı artıq
xəstəxanaya aparılıb. Eləcə də, deməkdən yorulmuşuq ki, Vıborqsk səmtində taxta səkilərin
palçığını təmizləyən dalandarlar yoldan keçənlərin ayaqlarını çirklətməməli, Avropada
çəkmələrini təmizləyərkən elədikləri kimi zir-zibili bir yerə toplamalıdırlar… və s. və i. a.”

– Bu nə deməkdir? – Təəccüblə üzümü Proxor Savviçə tutub soruşdum. – Bu nə
deməkdir axı?

– Nə olub ki?
– Necə yəni, İvan Matveiçə yazıqları gəlmir, timsaha heyfsilənirlər.
– Bəs necə olsun? Görürsən, biz heyvanla, məməliylə necə rəhmli davranırıq! Avropadan
nəyimiz əskikdir? Axı oralarda timsahı çox sevirlər. Hi-hi-hi!
Əcaib adam Proxor Savviç bunları deyib, öz kağız-kuğuzları ilə məşğul olmağa başladı
və daha dinmədi.
“Volos” və “Listok” qəzetlərini qatlayıb cibimə qoydum, İvan Matveiçin axşam əyləncəsi
üçün əlimə keçən köhnə “İzvestiya” və “Volos” qəzetlərindən də götürdüm və baxmayaraq ki,
axşama hələ çox qalırdı, Pasaja gedib, uzaqdan da olsa, orada baş verənləri izləmək və söz-
söhbətə qulaq asmaq üçün ofisdən xəlvəti əkildim. Bilirdim ki, indi orada basabasdır, hər
ehtimala qarşı şinelin yaxalığını qaldırıb üzümü gizlətdim, çünki niyəsə bir az utanırdım, camaat
qarşısında olmağa çox da öyrəncəli deyilik axı. Hiss edirdim ki, bu qədər gözəl, bənzərsiz hadisə
ilə bağlı öz prozaik hisslərimi nağıl etmək haqqına sahib deyiləm.

1. Ohé Lambert! Où est Lambert? As-tu vu Lambert? – Ey, Lamber! Hanı Lamber?
Lamberi görmüsən? (fr.)

2. O mayn allerbister Karlxen! Mutter… – (O mein allerliebster Karlchen! Mutter!) – O,
əzizim Karlxen! Anam! (alm.)

3. Hans – bütün, tamam (alm.).
4. Unzer Karlxen vird şterben…– Bizim Karlxen, əzizimiz Karlxen öləcək! (alm.)
5. …das var meyn zon – ayntsinqer zon!.. – O, mənim oğlum idi, mənim yeganə oğlum!
6. ...cənab Lavrovun açıq mühazirə oxuduğu... – Pyotr Lavroviç Lavrov (1828-1900),

alim, filosof, inqilabi xalqçılığın nəzəriyyəçilərindən və rəhbərlərindən biri, Pasajın
zalında Ədəbiyyat Fondunun xeyrinə açıq mühazirələr oxuyurdu. Onun “Fəlsəfənin
müasir mənaları” adlı mühazirələr silsiləsi geniş ictimai maraq doğurmuşdu.
7. ...cənab Stepanovun karikatura hədəfinə... – Nikolay Aleksandroviç Stepanov (1807 -
1877) – karikaturaçı rəssam, demokratik meylli “İskra” və “Budilnik” jurnallarının
redaktoru və naşiri
8. ...mədəni səviyyənizə şərəf gətirmir və bu, beyninizdəki fosfor çatışmazlığından irəli
gəlir... – Y.Meleşottun “Qidalanma haqqında elm” kitabına yazdığı resenziyada V.Zaytsevin
səsləndirdiyi fikirlərə işarədir. Rəy “Russkoe slovo” kitabçasının (1863) 8-ci səhifəsində verilib:
“…tərkibində azacıq fosfor yağı olan maddələrlə qidalanmaq məcburiyyətində qalan
adamların… zehni qabiliyyəti böyük zərər görür”.
9. Fuftsiq – əlli (alm.).
10. Qot zey dank! – Tanrıya şükür! (alm.)

127
   122   123   124   125   126   127   128   129   130   131   132