Page 126 - "Xəzər"
P. 126
u hətta əvvəlcədən söyləmişdik. İngilis lordları və səyahətçiləri Misirdə timsahları dəstə-
dəstə tutur, onların bel ətindən bifşteks düzəldib, xardalla, kartof-soğanla yeyirlər. Lessepslə23
oralara gedən fransızlar isti küldə bişirilmiş timsah pəncələrinə üstünlük verirlər. Doğrudur,
onları məsxərəyə qoyan ingilislərin acığına belə eləyirlər. Yəqin ki, bizdə bunların ikisini də
yeyərlər. Öz tərəfimizdən biz güclü və geniş vətənimizdə ehtiyac duyulan yeni sənaye sahəsinin
yaranmasını alqışlayırıq. Peterburq qastronomunun qarnında yox olmuş timsahın ardınca, yəqin
ki, heç bir il keçməyəcək, yüzlərlə timsah gətiriləcək. Niyə də timsahı bizim Rusiyanın iqlim
şəraitinə uyğunlaşdırmayaq? Əgər Neva suları bu əcaib yadellilər üçün soyuqdursa, paytaxtda
nohurlar, şəhər ətrafında isə çaylar və göllər var. Niyə də, məsələn, Parqolovoda və ya
Pavlovskda, yaxud da Moskvanın Presnenski nohurunda və Samotyokda timsah yetişdirməyək?
Onlar həm bizim zövqlü qastronomlar üçün qida mənbəyi olar, həm nohurların ətrafında gəzişən
xanımları əyləndirər, həm də uşaqları təbiyyat tarixi ilə bağlı məlumatlandırardılar. Timsah
dərisindən futlyarlar, çamadanlar, papiros qabları və pulqabılar düzəltmək olardı. Tacirlərin
üstünlük verdiyi nə qədər yağlı kağız pullar timsah dərisində saxlanılardı. Ümid edirik ki, bu
maraqlı mövzuda hələ çox danışılacaq”.
Mən belə şeylərin olacağını təxmin etsəm də, tələsik, başdansovdu hazırlanmış
məlumatdan pərt oldum. Öz təəssüratlarımı bölüşməyə adam tapmadığımdan mənimlə üzbəüz
oturmuş Proxor Savviçə üz tutdum. Sən demə, o, çoxdan mənə göz qoyurmuş. Əlində tutduğu
“Volos” qəzetini sanki mənə verməyə hazırlaşırdı. O, kirimişcə “Listok”u alıb, “Volos”u mənə
verdi. Qəzetdə mənim diqqətimə çatdırmaq istədiyi məqaləni dırnağıyla bərk-bərk işarələmişdi.
Proxor Savviç çox qəribə adamdı: bu yaşlı, qaradinməz insan bizim heç birimizlə münasibət
qurmur, dəftərxanada, demək olar, heç kəslə danışmırdı. Həmişə hər şey haqqında öz
mülahizələri olurdu, amma bunları heç kimlə bölüşməzdi. Tək-tənha yaşayırdı. Bizlərdən heç
kəs onun mənzilində olmamışdı.
Onun “Volos”da işarələdiyi məqalədə bunları oxudum: “Hamı bilir ki, tərəqqipərvər,
humanist insanlarıq və bu məsələlərdə Avropaya yetişmək istəyirik. Ancaq bütün cəhdlərimizə
və qəzetimizin səylərinə baxmayaraq, biz hələ “yetiş”məmişik. Dünən Pasajda baş vermiş
biabırçı hadisə də – biz bu barədə xəbər vermişdik – bunu sübut edir. Paytaxta bir əcnəbi
sahibkar gəlir, özüylə timsah gətirir və onu Pasajda nümayiş etdirməyə başlayır. Biz dərhal güclü
və geniş vətənimiz üçün bu xeyirli sənayenin yeni sahəsini alqışlayırıq. Ancaq dünən günortadan
sonra, saat beşin yarısında əcnəbi sahibkarın dükanına şişman, sərxoş bir şəxs gəlir, giriş haqqını
ödəyir və xəbərdarlıq-filan etmədən timsahın ağzına dürtülür. Timsah da neyləsin, adam
boğazında qalıb boğulmasın deyə, özünüqoruma hissinə qapılaraq onu udmağa məcbur olur.
Timsahın qarnına düşən naməlum şəxs o dəqiqə yuxuya gedir. Nə əcnəbi sahibkarın qara-
qışqırığı, nə onun qorxuya düşmüş ailəsinin ah-naləsi, nə də polis çağırmaq hədə-qorxusu onun
vecinə olmur. Timsahın daxilindən yalnız qəhqəhə və hədələr eşidilir. Bu böyüklükdə kütləni
udmaq məcburiyyətində qalan bədbəxt məməli isə bihudə göz yaşları axıdır. “Çağırılmamış
qonaq istilaçıdan betərdir”, – bu zərb-məsələ məhəl qoymayan həmin şəxs timsahın qarnından
çıxmaq istəmir. Bizim inkişafdan qaldığımızı göstərən, əcnəbilərin gözündə bizi ləkələyən bu cür
barbarlıq faktlarını necə izah edək, bilmirik. Rus naturasının genişliyi özünün layiqli yerini belə
tapır. Maraqlıdır, çağırılmamış qonağa nə lazımdır? İsti və rahat məkan? Paytaxtda ucuz və
olduqca rahat, qazla işıqlandırılan, pilləkənli mənzilləri olan xeyli gözəl evlər var, sahibləri bu
evlərin çoxusuna qapıçılar qoyublar. Ev heyvanları ilə barbarcasına davranmaq məsələsini də
oxucularımızın diqqətinə çatdırmaq istərdik: xaricdən gətirilmiş timsah, sözsüz, bu böyüklükdə
bədəni bir dəfəyə həzm edə bilməz, odur ki, indi o, şişib-köpüb dağ boyda olub, dözülməz
əzablarla ölümünü gözləyir. Avropada çoxdandır ki, ev heyvanları ilə qeyri-insani davrananları
cinayət məsuliyyətinə cəlb edirlər. Ancaq küçələrimizin Avropasayağı işıqlandırılmasına,
Avropasayağı səkilər salmağımıza, Avropasayağı evlər tikməyimizə baxmayaraq, bizə
keçmişlərdən miras qalmış zehniyyətdən hələ uzun müddət qurtula bilməyəcəyik. Evlər təzədir,
ancaq zehniyyət köhnə24. Elə evlər də təzə deyil, xüsusən də, pilləkənlər. Biz öz qəzetimizdə
dəfələrlə yazmışıq ki, Peterburq tərəfdə, tacir Lukyanovun evində taxta pilləkənin meydançaları
çürüyüb, çöküb və çoxdandır, onların xidmətçisi, tez-tez bu pilləkənlə su və odun daşıyan əsgər
126