Page 124 - "Xəzər"
P. 124
əzizləyərkən həmişə “sevimli mənasızlıq” adlandırardı – bu, son dərəcə ədalətli və
səciyyəvi ifadə idi. Bu, konfet-xanım idi, başqa heç nə. Ona görə də başa düşmürdüm ki, həmin
İvan Matveiçin arvadını bizim rus Yevgeniya Turu kimi qələmə vermək istəyi haradan
qaynaqlanır? İstənilən halda, meymunları nəzərə almasaq, yuxum mənə çox xoş təsir
bağışlamışdı. Səhər-səhər çay süfrəsi arxasında dünən olub-bitənləri bir daha çək-çevir eləyib,
dərhal Yelena İvanovnanın yanına getməyi qərara aldım. Ona yolüstü dəyəcəkdim, ancaq bunu
ailənin dostu kimi də etməyə borclu idim.
Yelena İvanovna yataq otağının önündəki kiçicik otaqda (onlar bunu kiçik qonaq otağı
adlandırırdılar, halbuki böyük qonaq otağı da kiçik idi), bəzəkli kiçik divanda, çay stolu
arxasında yüngül düyməsiz köynəkdə oturub, kiçik fincandan qəhvə içirdi. O, əlində tutduğu
balaca suxarını qəhvəyə batırıb isladırdı. Çox füsunkar görünürdü, ancaq elə bil, fikirliydi.
– Ay sizi, dəcəl! – o, məni dalğın təbəssümlə qarşıladı, – əyləşin, yelbeyin, qəhvə için.
Dünən neylədiniz? Maskarada getmişdiniz?
– Məgər siz getmişdiniz? Axı mən ora getmirəm… özü də, dünən sizin məhbusa
dəydim… – Mən ah çəkdim, kofe içərkən üzümə zahidanə bir ifadə verdim.
– Kimə? Hansı məhbusa? Ax, hə! Yazıq! Hə, o neyləyir, darıxırmı? Bilirsinizmi… sizdən
soruşmaq istəyirəm… Mən indi boşana bilərəm?
– Boşanmaq! – qeyzlə ucadan dedim, az qala qəhvəni üstümə dağıdacaqdım. “Qara
adam!” – hirsimdən özümə yer tapmırdım.
Qarabuğdayı, bığlı, tikinti işləri ilə məşğul olan birisi vardı, onların evini su yolu
eləmişdi, Yelena İvanovnanı güldürüb-əyləndirməyi yaxşı bacarırdı. Etiraf edim ki, ondan
zəhləm gedirdi. Şübhə yoxdu ki, o, dünən Yelena İvanovnayla maskaradda, ya da elə burada
görüşməyə macal tapmışdı və yəqin ki, cəfəng şeylərlə beynini doldurmuşdu!
– Bu nə deməkdir? – Yelena İvanovna öyrədilibmiş kimi dil-dil ötməyə başladı, –
deməli, o, timsahın qarnında oturacaq özüyçün, bəlkə də heç vaxt qayıtmayacaq, mənsə oturub
onu gözləməliyəm! Evin kişisi evdə oturmalıdır, timsahın qarnında yox…
– Axı bu gözlənilməz hadisədir, – mən bəlli həyəcanla sözə başlamaq istədim.
– Ax, danışmayın, istəmirəm, istəmirəm! – o, birdən-birə özündən çıxıb qışqırmağa
başladı. – Həmişə mənim əleyhimə gedirsiniz, nə yaramaz adamsınız! Sizi düzəltmək mümkün
deyil, onsuz da heç bir məsləhət verməyəcəksiniz! Hətta kənar adamlar da deyirlər ki, artıq
boşana bilərəm, çünki İvan Matveiç daha məvacib almayacaq.
– Yelena İvanovna! Sizi tanımaq olmur! – mən təsirli səslə qışqırdım. – Bunu sizə hansı
yaramaz deyib? Biləsiniz, bu cür əsassız səbəbdən boşanma qətiyyən mümkün deyil. Yazıq,
bədbəxt İvan Matveiç isə, necə deyərlər, yırtıcının qarnında belə eşq oduna alışıb-yanır. Hələ bu
harasıdır, məhəbbətdən şəkər kimi əriyir. Hələ dünən axşam, siz maskaradda əylənərkən, o
deyirdi ki, ola bilsin, sizi qanuni arvadı kimi öz yanına gətirsin, xoşbəxtlikdən timsahın qarnı çox
tutumludur, orada iki yox, üç adam da yerləşə bilər…
Sonra İvan Matveiçlə dünənki söhbətimizin bu maraqlı hissəsini bütövlükdə ona
danışdım.
– Necə, necə? – O, ucadan dedi. – Siz istəyirsiniz ki, mən də oraya, İvan Matveiçin
yanına girim? Daha nə? Bir də, necə girəcəyəm oraya, bu şlyapa və krinolində? İlahi, belə
axmaqlıq olar? Axı oraya girəndə mən ora-bura əyilməli olacağam, kənardan kimsə görsə…
Gülməli şeylər danışırsınız! Mən orda nə yeyəcəyəm?.. Bir də… bir də, bəs o məsələ… ax, ilahi,
gör nə fikirləşiblər!.. Orda nə kimi əyləncələr var?.. Deyirsiniz, oralar rezin qoxuyur? Bəs onunla
aramız dəysə neyləyəcəyəm, yanında uzanılı qalacağam? Fu, adamın ürəyi bulanır!
– Razıyam, bütün bu dəlillərlə razılaşıram, əziz Yelena İvanovna, – haqlı olduğunu bilən
adamlarsayağı şövqlə danışmağa çalışaraq, onun sözünü kəsdim, – amma siz bir şeyi nəzərdən
qaçırırsınız; nəzərdən qaçırırsınız ki, əgər sizi oraya çağırırsa, deməli, sizsiz yaşaya bilmir;
deməli, burada sevgi, ehtiraslı, coşqulu, sizə doğru can atan sevgi var… Siz sevgini nəzərdən
qaçırmısınız, əziz Yelena İvanovna, sevgini!
– İstəmirəm, istəmirəm, heç nə eşitmək istəmirəm! – o, kiçik, gözəl əllərini yelləyib,
məni başından eləməyə çalışırdı. Onun indicə fırçayla yuyub-təmizlədiyi çəhrayı dırnaqları par-
124