Page 123 - "Xəzər"
P. 123
ra pulu kimdən toplayacaq, dedim ki, həyat və ölüm Tanrının əlindədir, timsah günlərin bir
günü partlaya bilər, İvan Matveiç xəstələnib dünyasını dəyişər və s. və i. a.
Alman fikrə getdi.
– Mən ona aptekdən dərman vermək, – o, handan-hana dedi, – sizin dost ölmək qoymaz.
– Dərman öz yerində, – dedim, – ancaq nəzərə alın ki, məhkəmə prosesi başladıla bilər.
İvan Matveiçin arvadı öz qanuni ərini geri tələb edə bilər. Bax siz varlanmaq istəyirsiniz, bəs
Yelena İvanovnaya hər hansı təqaüd kəsmək fikriniz varmı?
– Yox, fikir yox! – Alman qətiyyətli, sərt səslə cavab verdi.
– Yox, fikir yox! – Mutter qəzəblə onun səsinə səs verdi.
– İrəlidə sizi gözləyən qeyri-müəyyənlikdənsə, elə indi müəyyən miqdarda, bir qədər az
da olsa kifayət qədər pulu almaq daha yaxşı deyilmi? Onu da əlavə etməyi özümə borc bilirəm
ki, bunu yalnız adi maraq xatirinə soruşmuram.
Alman mutteri də yanına alıb, məsləhətləşmək üçün küncə çəkildi. Burada bütün
kolleksiyadan ən iri və ən çirkin meymunun saxlandığı şkaf qoyulmuşdu.
– İndi görərsən! – İvan Matveiç mənə dedi.
Mənə gəlincə, bu dəqiqələrdə mən əvvəla, almanı ölüncə döymək, ikincisi, mutteri ondan
da betər hala salmaq, üçüncüsü isə, sonsuz təşəxxüsünə görə İvan Matveiçi onlardan da çox, it
əlindən əppək alıncaya qədər kötəkləmək istəyi ilə alışıb-yanırdım. Ancaq bütün bunlar simic
almanın cavabının yanında heç nəydi.
O, öz mutteri ilə məsləhət eləyəndən sonra gəlib, timsaha görə sonuncu lotoreyalı daxili
istiqraz biletləri ilə əlli min manat, Qoroxovayada yanında öz apteki olan daş ev, üstəlik, rus
polkovniki rütbəsi tələb etdi.
– Görürsən! – İvan Matveiç sevincək qışqırdı. – Sənə demişdim! Polkovnik rütbəsini
almaqla bağlı sonuncu sərsəm istəyini nəzərə almasaq, o tamamilə haqlıdır, çünki nümayiş
etdirdiyi yırtıcının indiki qiymətini yaxşı bilir. İqtisadi prinsip hər şeydən başda gəlir!
– Nə danışırsınız?! – Hirslə almanın üstünə çımxırdım. – Nəyə görə sizə polkovnik
rütbəsi verilməlidir? Hə, qəhrəmanlıq etmisiniz, hansı xidmətləri göstərmisiniz, savaşda hansı
şan-şöhrəti qazanmısınız? Siz dəlsiniz, nəsiniz?
– Dəli! – sözlərimdən inciyən alman ücadan dedi. – Yox, mən çox ağıllı adam, sizsə çox
axmaq! Mən polkovnik haqq etmiş, çünki timsah göstərmək, onun içində isə canlı qof-rat19
oturmaq, rus isə timsah göstərə bilməmək ki, içində qof-rat oturmaq! Mən çox-çox ağıllı adam
və çox istəmək polkovnik olmaq!
– Elə isə, əlvida, İvan Matveiç! – Qəzəbdən əsə-əsə qışqırdım və qaçaraq timsahın olduğu
yerdən çölə çıxdım. Hiss edirdim ki, bir dəqiqə də keçsə, özümü saxlaya bilməyəcəyəm. Bu iki
yelbeyinin heç bir əndazəyə sığmayan istəkləri dözülməz idi. Açıq havada bir qədər özümə
gəldim, hirsim soyudu. Nəhayət, hər iki tərəfə şövqlə on-on beş dəfə tüpürdükdən sonra fayton
tutub evə gəldim, paltarımı soyunub yatağa yıxıldım. Ən pisi o idi ki, onun katibi olacaqdım. Gəl
indi hər axşam yaxşı dost vəzifəsini yerinə yetirərəkən darıx, öl! Bu dəqiqələrdə özümü
kötəkləməyə hazır idim və doğrudan da, şamı söndürüb, yorğanın altına girdikdən sonra başıma
və bədənimin başqa hissələrinə bir neçə yumruq zərbəsi endirdim. Bu, mənə bir az yüngüllük
gətirdi və nəhayət, bərk yuxuya getdim, çünki çox yorğun idim. Bütün gecəni yuxuda
meymunlar gördüm, səhərə yaxın isə Yelena İvanovna yuxuma girdi…
IV
Təxminimə görə meymunlar timsah sahibinin şkafına salındıqları üçün yuxuma
girmişdilər, Yelena İvanovnaya gəlincə, işlər bir az başqa cürdü.
Əvvəlcədən deyim ki, mən bu xanımı sevirdim; ancaq gecikmədən qeyd edim ki, onu bir
ata kimi sevirdim, nə az, nə çox. Ona görə belə düşünürəm ki, dəfələrlə onun başını və al
yanaqlarını öpmək istəmişdim. Bu istəyimi heç vaxt həyata keçirməsəm də, etiraf edirəm, onun
dodaqlarını öpməkdən də imtina etməzdim. Nəinki dodaqlarından, hətta gülərkən inci kimi
sıralanan, olduqca gözəl görünən dişlərindən də öpərdim. O isə çox tez-tez gülərdi. İvan Matveiç
123