Page 122 - "Xəzər"
P. 122
fikri dövlət adamlarına, üstəlik, bizim gündəlik Peterburq qəzetlərinin siyasi icmalçılarına
çatdıracağam. Qoy başlarını qatsınlar. Ümid edirəm ki, onların məndən öyrəndikləri təkcə bu
olmayacaqdır. İndidən görürəm ki, hər səhər redaksiyalardan götürdükləri iyirmibeşliklərlə
silahlanmış müxbirlər ətrafımı sarıb, dünənki teleqramlarla bağlı mənim fikirlərimi öyrənməyə
çalışacaqlar. Bir sözlə, gələcəyim mənə çox parlaq görünür.
“Qızdırması var, sayıqlayır!” – öz-özümə pıçıldayırdım.
– Dostum, bəs azadlıq? – onun fikrini bilmək istədim. – Bax, sən zindandasan, halbuki
insan azadlığın nəşəsini duymalıdır.
– Sən axmaqsan, – o cavab verdi. – Vəhşi insanlar azadlığı, müdriklər isə qayda-qanunu
sevirlər,18 qayda-qanun isə yoxdur…
– İvan Matveiç, dayanın, insafınız olsun!
– Sus, qulaq as! – Sözünü kəsdiyim üçün pərtliklə çığırdı. – Mən hələ indiyə kimi belə
ilhamlanmamışdım. Öz daracıq sığınacağımda yalnız bir şeydən – qalın jurnalların ədəbi
tənqidindən və bizim satirik qəzetlərin hay-küyündən ehtiyatlanıram. Qorxuram ki, yelbeyin
tamaşaçılar, axmaqlar, paxıllar və ümumiyyətlə, nihilistlər məni hoydu-hoyduya götürələr.
Ancaq mən tədbir alacağam. Kütlənin sabah nələr söyləyəcəyini, xüsusən də, qəzetlərdə dərc
olunacaq rəyləri səbirsizliklə gözləyirəm. Qəzetlər barədə özün məlumat verərsən.
– Yaxşı, sabah buraya bir qalaq qəzet gətirərəm.
– Sabah hələ tezdir, çünki elanlar yalnız üstündən dörd gün keçmiş dərc olunur. İndən
belə hər axşam həyətin daxili girişindən gələrsən. Səndən şəxsi katibim kimi istifadə etmək
fikrim var. Sən mənə qəzetləri və jurnalları oxuyarsan, mən də sənə öz fikirlərimi diktə edərəm,
tapşırıqlarımı verərəm. Teleqramları nəbadə yaddan çıxarasan. Avropadan gələn teleqramların
hamısı hər gün burda olmalıdır. Yaxşı, bəsdir, yəqin yuxun gəlir. Evə get və indicə tənqid
haqqında dediklərimi unut: tənqiddən qorxuram, çünki onun özü kritik vəziyyətdədir. Xeyir əməl
sahibi və müdrik olunca mütləq pyedestala yüksələcəksən. Sokrat, bəd ayaqda Diogen, yaxud
eyni zamanda hər ikisi – bəşəriyyətin taleyində mənim gələcək rolum bu olacaq.
İvan Matveiç qarşımda bu cür düşüncəsiz və sırtıq şeylər danışmaqla (düzdür,
sayıqlayırdı) ağzıboş arvadlara oxşayırdı, məsəldə deyildiyi kimi, ağzında söz durmayan
arvadlara. Doğrusu, onun timsah haqqında danışdıqlarının hamısı mənə çox şübhəli gəlirdi. Axı
necə ola bilər ki, timsah daxilən bomboş olsun? And içə bilərəm ki, o, bunları lovğalıqla
şişirtmiş, həm də məni aşağılamaq istəmişdi. Düzdür, o, xəstəydi, xəstələrə isə güzəşt eləmək
lazımdır; ancaq boynuma almalıyam, İvan Matveiçdən həmişə zəhləm gedib. Həyatım boyu, lap
uşaq vaxtlarımdan onun himayəsindən, qayğısından qurtulmaq istəmişdim. Bəlkə min dəfə
onunla üzülüşmək istəmişdim, ancaq hər dəfə yenidən barışığa gəlmişdim, sanki ona nəyisə
sübut etməyə, başa salmağa çalışırdım. Dostluq dediyin çox qəribə şeydir! Bir şeyi dəqiq
bilirəm ki, bizim dostluğumuzun onda doqquzu qəzəbə-kinə dayanırdı. Amma bu dəfə biz
sevgiylə ayrıldıq.
– Sizin dost şox ağıllı adam, – məni ötürməyə hazırlaşan alman yavaşcadan dedi; o,
bayaqdan söhbətimizə diqqət kəsilmişdi.
– A propos* (yeri gəlmişkən (fr.)), – dedim, – yadımdan çıxmamış soruşum, timsahı
sizdən almaq istəsəydik, nə qədər pul istəyərdiniz?
Sualı eşidən İvan Matveiç maraqla cavabı gözləyirdi. Görünür, almanın az pul
istəyəcəyindən narahat idi; hər halda, mən sual verərkən o nəsə birtəhər qağıldadı.
Alman əvvəlcə heç nə eşitmək istəmirdi, hətta özündən çıxdı da.
– Heç kəs mənim məxsus timsahı ala bilməz! – o, qəzəblə qışqıraraq bişirilmiş xərçəng
kimi qızardı. – Mən timsahı satmaq istəmir. Mən milyon taler almaz timsaha görə. Bu gün mən
tamaşaçılardan yüz otuz taler toplamaq, sabah on min taler toplamaq, sonra isə hər gün yüz min
taler toplamaq. Satmaq istəməz!
İvan Matveiç razılıqla pıqqıldadı.
Ürəyimdən qara qanlar axa-axa, soyuq başla, səbirlə, – dostluq borcumu yerinə yetirirdim
axı, – bu ağılsız almana başa salmağa çalışdım ki, o, düzgün hesablamalar aparmır, o, günə yüz
min qazansa, dörd gün ərzində bütün Peterburqda buraya gəlməyən adam qalmayacaq, ondan
122