Page 121 - "Xəzər"
P. 121
aq, yemək, ümumiyyətlə, qida qəbul etmək anlamında işlənir. Bütün bunları mən, yeşikdə
Yelena İvanovnanın salonuna gətirildikdən sonra, oraya toplaşmış insanların qarşısında özümün
birinci mühazirəm kimi oxumaq niyyətindəyəm.

– Dostum, bəlkə, heç olmasa, işlətmə dərmanı içəsən! – səsimi qeyri-iradi ucaltdım.
“Onun isitməsi var, od tutub yanır”, – qorxu içində öz-özümə təkrarlayırdım.

– Boş-boş danışma! – o, həqarətlə dedi, – mənim indiki vəziyyətimdə bir bu çatmırdı.
Amma ürəyimə dammışdı ki, sən işlətmə dərmanını yada salacaqsan.

– Dostum, bəs necə… sən indi necə yemək yeyirsən? Bu gün nahar etmisən, yoxsa yox?
– Yox, amma toxam, yəqin ki, bundan sonra heç vaxt yemək yeməyəcəyəm. Burda başa
düşülməyən heç nə yoxdur: mən öz bədənimlə timsahın qarnını doldurduğum üçün o birdəfəlik
doyub. Artıq onu bir neçə il yemləməmək olar. Digər yandan, o mənimlə toxdur, deməli, təbii
olaraq öz bədənindəki bütün həyat cövhərini istər-istəməz mənimlə bölüşməli olacaq. Məsələn,
necə ki, bəzi cilvəli xanımlar gecələr bədənlərinin hər yerinə çiy kotletlər qoyurlar və səhər-səhər
vanna qəbul etdikdən sonra təravətli, şirəli, elastik və yaraşıqlı olurlar. Beləliklə, mən timsaha
yem olduğum kimi, özüm də ondan qidalanıram: deməli, bir-birimizi yemləyirik. Ancaq mənim
kimi adamı timsahın belə həzm etməsi çətin olduğu üçün (əlbəttə, bu zaman olmayan mədəsində
müəyyən ağırlıq hiss etməlidir), yırtıcı əlavə ağrılar çəkməsin deyə, mən yerimdə hərdənbir
çevrilirəm, baxmayaraq ki, bunu tez-tez edə bilərdim, amma insaf-mürvət naminə etmirəm. Bu,
mənim indiki vəziyyətimdə yeganə çatışmazlıqdır. Məni tənbəl adlandıran Timofey Semyonıç
alleqorik mənada haqlıdır. Ancaq mən sübut edəcəyəm ki, bütün insanlığın taleyini elə böyrü
üstə uzanılı halda da, yox, yalnız böyrü üstə uzanılı halda dəyişdirmək olar. Yəqin ki,
qəzetlərimizdəki bütün böyük ideyalar və istiqamətlər tənbəllərin ağlının məhsuludur. Bax elə
ona görə onları kabinet ideyaları adlandırırlar. Ancaq necə adlandırırlar adlandırsınlar, mən
bütöv bir sosial sistem ixtira edəcəyəm, bu o qədər asan məsələdir ki, inanmağın gəlməyəcək!
Hansısa bir küncə çəkilib, ya da lap elə timsahın qarnına düşüb gözünü yuman kimi bütün
bəşəriyyət üçün bütöv bir cənnət qurursan. Bayaq siz gedən kimi mən kəşf etməyə girişdim və
artıq üç sistem kəşf etmişəm, indi dördüncüsünün üzərində işləyirəm. Doğrudur, əvvəlcə hər şeyi
yalana çıxarmaq, təkzib etmək lazımdır və bunu timsahın içindən eləmək çox asandır; timsahın
içindən hər şey daha aydın görünür… Düzdür, mənim vəziyyətimdə bəzi kiçik çatışmazlıqlar
daha var: timsahın daxili rütubətlidir, sanki seliklə örtülüb, üstəlik rezin qoxuyur, elə bil mənim
keçənilki qaloşlarımın iyidir. Vəssalam, başqa naqisliklər yoxdur.
– İvan Matveiç, – onun sözünü yarıda qoydum, – bütün bunlar möcüzədir və mənim
inanmağım gəlmir. Yəni doğrudanmı, doğrudanmı, sən ömür boyu naharsız keçinmək istəyirsən?
– Belə boş şeylərin dərdini çəkmə, ay bivec, avara! Mən sənə böyük ideyalardan
danışıram, sənsə… Biləsən, mən ətrafımı sarmış zülməti işıqlandıran böyük ideyalarla toxam.
Amma yırtıcının xeyirxah sahibi rəhmdil mutterlə danışıb, öz aralarında qərar veriblər ki, hər
səhər timsahın cəhəngindən içəriyə tütəyə bənzər əyri metal boru salsınlar və mən bu boru
vasitəsilə kofe, yaxud içinə ağ çörək doğranmış bulyon içə bilim. Artıq qonşuluqda boru
düzəltməyi sifariş ediblər, amma mən bunu gərəksiz israfçılıq sayıram. Yaşamağa gəlincə, mən
heç olmasa, min il ömür sürmək niyyətindəyəm, əgər timsahların bu qədər yaşadığı doğrudursa.
Yaxşı yadıma saldın, günü sabah təbiyyat kitablarından bunu öyrən, mənə məlumat ver, çünki
mən timsahı başqa bir canlıyla səhv sala bilərəm. Məni yalnız bir fikir narahat edir: əynimdə
mahud, ayaqlarımda isə çəkmə olduğu üçün, ola bilsin, timsah məni həzm edə bilmir. Bundan
başqa, mən canlıyam və ona görə də var gücümlə həzm olunmağa müqavimət göstərirəm. Bu da
başadüşüləndir, axı bütün qidaların çevrildiyi maddəyə dönmək istəmirəm, bu, mənim üçün çox
alçaldıcı məqam olardı. Ancaq bir şeydən qorxuram: min il ərzində rus malı olan sürtüyümün
mahudu bədbəxtlikdən çürüyə bilər, çılpaq qalaram və bütün narazılıqlarıma baxmayaraq, yavaş-
yavaş həzmə gedərəm. Düzdür, gündüzlər buna yol vermərəm, qarşısını alaram, ancaq gecələr
yatarkən, iradə insanı tərk eləyən vaxtlarda məni hər hansı kartofun, fəsəlinin, yaxud dana ətinin
aqibəti gözləyə bilər. Bu fikir məni cin atına mindirir. Elə təkcə buna görə tarifləri dəyişdirmək
və ingilis mahudlarının idxalını təqdir etmək lazımdır, çünki ingilis mahudu daha dözümlüdür,
deməli, timsahın qarnına düşəcəyin halda təbiətə daha çox müqavimət göstərəcək. İlk fürsətdəcə

121
   116   117   118   119   120   121   122   123   124   125   126