Page 120 - "Xəzər"
P. 120
llıq idarə etməyib?” – deyəcəklər. Hər hansı Qarnye-Pajesişkadır15 nədir, ondan nəyim
əskikdir axı, nəyim?.. Arvadım mənimlə çiyin-çiyinə verməlidir. Mən ağıllıyam, o isə yaraşıqlı
və iltifatlı. “Bu qadın gözəldir, elə ona görə onun arvadıdır”, – bir çoxları belə deyəcək. “Bu
qadın gözəldir, çünki onun arvadıdır”, - digərləri onlara düzəliş verəcək. Hər ehtimala qarşı, qoy
Yelena İvanovna sabah, hər şey barədə danışa bilmək üçün, Andrey Krayevskinin redaktorluğu
ilə çap olunmuş ensiklopedik lüğət alsın. Qoy “S.Peterburqskie izvestiya”dakı əsas siyasi
xəbərləri oxusun və onları günbəgün “Volos”da yazılanlarla müqayisə etsin. Düşünürəm ki,
sahib hərdənbir məni timsahla birgə arvadımın dəbdəbəli salonuna aparmağa razı olar. Mən
təmtəraqlı qonaq otağının ortasında qoyulmuş yeşikdə uzanıb, gözəl söhbətlər edəcəyəm.
Bununçün əvvəlcədən hazırlaşacağam. Dövlət adamlarına öz layihələrim barədə danışacağam;
şairlərlə qafiyəli cümlələrlə söhbət edəcəyəm; xanımlarla zarafatcıl, ədəbli olacağam, çünki
onların ərləri üçün heç bir təhlükə törətmirəm. Yerdə qalanlar üçün qəzavü-qədərin iradəsinə və
taleyin hökmünə tabe olan insan nümunəsi olacağam. Arvadımı gözəl ədəbiyyat xanımı
edəcəyəm; onu irəli çıxarıb kütləyə izah edəcəyəm ki, o, mənim arvadım kimi bir çox gözəl
məziyyətlərə malikdir və əgər Andrey Aleksandroviçi haqlı olaraq rusların Alfred de Myussesi
adlandırırlarsa,16 onu bizim Yevgeniya Turumuz17 adlandırmaq daha ədalətli olardı.
Etiraf edirəm, bütün bu cəfəngiyat həmişəki İvan Matveiçi xatırlatsa da, fikirləşdim ki, o
qızdırma içindədir və sayıqlayır. Amma bu, hərgünkü İvan Matveiç idi, amma iyirmi dəfə
böyüdən böyüdücü şüşənin altındakı İvan Matveiç.
– Dostum, uzun yaşayacağına ümid edirsənmi? Ümumiyyətlə, de görüm, sağlamsan? Nə
yeyirsən, necə yatırsan, nə təhər nəfəs alırsan? Mən sənin dostunam, razılaş ki, bu, çox qeyri-adi
hadisədir və bu şeylərlə maraqlanmağım çox təbiidir.
– Adi maraqdır da, burda nə var ki? – o, təşəxxüslə cavab verdi, – ancaq səni cavabsız
qoymayacağam. Soruşursan ki, yırtıcının qarnına necə yerləşmişəm? Birincisi, sən demə,
timsahın içərisi tamamilə boş imiş. Onun içi sanki rezindən düzəldilmiş iri, boş kisədən ibarətdir.
Bu, bizim Qoroxovaya, Mirskaya və səhv etmirəmsə, Voznesenski prospekti tərəflərdə yayılmış
rezin məmulatlarına oxşayır. Yoxsa, bir düşün, mən buraya yerləşərdimmi?
– Bu necə ola bilər axı? – heyrətlənərək ucadan soruşdum. – Doğrudanmı, timsahın içi
bomboşdur?
– Tamamilə boşdur, – İvan Matveiç ciddiyyətlə təsdiqlədi. – Özü də böyük ehtimalla bu,
təbiət qanunlarına uyğundur. Timsahın iti dişlərlə dolu cəhəngi və xeyli uzun quyruğu var,
vəssalam. Onun bu iki ətrafı arasında isə kauçuka bənzər şeylə, ola bilsin, əsl kauçukla
dövrələnmiş boşluq yerləşir.
– Bəs qabırğalar, bəs mədə, bəs bağırsaqlar, bəs qaraciyər? – hirslə onun sözünü kəsdim.
– Heç nə yoxdur, bu orqanlardan heç biri yoxdur, yəqin ki, heç vaxt olmayıb. Bütün
bunlar yüngülməzac səyahətçilərin mənasız uydurmalarıdır. Babasil yastığı necə doldururlarsa,
mən də öz bədənimlə timsahı elə doldurmuşam. O, inanılmaz dərəcədə genişlənməyə qadirdir.
Hətta sən də comərd insan olsaydın, bir ailə dostu kimi mənim yanımda yerləşə bilərdin, artıq
yer də qalardı. Mən bəzən Yelena İvanovnanı da yanıma gətirmək barədə düşünürəm. Dediyim
kimi, timsahın bu cür içiboş bədən quruluşu təbiyyat elmlərinin qanunlarına tam uyğundur. Bax
tutalım, sən yeni bir timsah yaratmağa qadirsən. Təbii ki, belə bir suala cavab tapmağa
çalışacaqsan: timsahın əsas özəlliyi nədir? Cavab bəllidir: insanları udmaq. Timsahı necə
düzəltməlisən ki, adamları uda bilsin? Bu cavab da bəllidir: onu içiboş yaratmalısan. Fizika elmi
çoxdan sübut edib ki, təbiət boşluğu sevmir. Ona görə də timsahın içi məhz boş olmalıdır ki,
boşluğu sevməsin, yəni bu boşluq elə hey udmalı, girəvəsinə keçən hər şeyi öz içinə çəkib
dolmalıdır. Timsahların insanları udmasının yeganə səbəbi budur. İnsansa başqa cür yaradılıb:
məsələn, insanın beyni nə qədər boş olarsa, dolmağa bir o qədər az ehtiyac hiss edər. Bu, ümumi
qaydadan kənara çıxan yeganə istisna haldır. Bütün bunlar artıq mənə gün kimi aydındır, bütün
bunları öz ağlım və təcrübəm sayəsində, necə deyərlər, təbiət qoynunda olarkən, təbiətin
nəbzinin vurmasına diqqət kəsilərkən dərk etmişəm. Etimologiya da mənim dediklərimi sübut
edir, baxın, “timsah” sözünün özü qarınqulu mənasını verir. Timsah – Crocodillo, – ehtimalən
müasir italyan sözüdür, ola bilsin, qədim Misir fironlarına dayanır, “croquer” fransız mənşəlidir,
120