Page 111 - "Xəzər"
P. 111
diki halda bir ailə dostu kimi gülməyin ayıb iş olduğunu kəsdirdim və dərhal üzümü Yelena
İvanovnaya tutaraq, simpatik üz ifadəsiylə dedim:
– Sizin İvan Matveiçinizin axırı çatdı!
Bu hadisələr baş verən müddətdə Yelena İvanovnanın necə bərk həyəcanlandığını ifadə
etmək üçün baş sındırmaq belə istəmirəm. Birinci çığırtıdan sonra o, yerində donub qalmış
kimiydi və sanki bu həngaməyə etinasızca, lakin hədsiz dərəcədə bərəlmiş gözlərlə baxırdı;
sonra birdən tükürpərdən səslə ikinci dəfə çığıranda mən onun əllərini tutdum. Elə bu an
dəhşətdən hövllənmiş sahib də əllərini bir-birinə şappıldatdı və gözlərini səmaya dikərək
bağırdı:
– Ah, mənim timsahım, o meyn allerlibster Karlxen! Mutter, mutter, mutter!2
Bu bağırtıyla arxa qapı açıldı və toxunma baş örtüyündə, alyanaq, yaşlı və pərişan
görkəmli mutter içəridən çıxıb, ciyiltili səslə özünü öz almanının üstünə saldı.
Əsl mərəkə bundan sonra qopdu. Yelena İvanovna çılğın səslə yalnız bir şey qışqırırdı:
“Yırtmaq! Yırtmaq!” O gah sahibin, gah da mutterin üstünə yüyürərək, fədakarcasına, vəcdlə
kimisə nəyə görəsə yırtmaq üçün onları dilə tuturdu. Sahib və mutter isə bizə heç fikir
vermirdilər: onlar yeşiyin yanında dayanıb buzov kimi mələşirdilər.
– O məhv olmaq, o indi partlamaq, çünki o, hans3 məmuru udmaq! – sahib özünə əl
qatmışdı.
– Unzer Karlxen, unzer allerlibster Karlxen vird şterben!4 – sahibə hönkür-hönkür
ağlayırdı.
– Biz yetim və çureksiz! – sahib onunla ağız-ağıza vermişdi.
– Yırtmaq, yırtmaq, yırtmaq! – almanın sürtüyündən yapışmış Yelena İvanovna göz
yaşlarına qərq olmuşdu.
– O hirsləndirdi timsah, əriniz niyə hirsləndirmək timsah! – yaxasını qadının əlindən
qoparmaq istəyən alman qışqıra-qışqıra deyirdi. – Əgər Karlxen vird udmaqsa, siz bunun
əvəzini ödəmək, das var meyn zon, das var meyn ayntsinger zon!5
Boynuma alıram, gəlmə almanın xudbinliyini və pərişan mutterinin daşürəkliliyini
görüncə hiddətlənmişdim, buna baxmayaraq, Yelena İvanovnanın dayanmadan “yırtmaq,
yırtmaq” deyə təkrarlaması təlaşımı daha da artırırdı, nəhayət, mən bütünlüklə bu çığırtılara
qapıldım və hətta qorxuya düşdüm… Bəri başdan deyim ki, bu əcaib nidalar tərəfimdən
tamamilə yanlış başa düşülmüşdü: mənə elə gəlirdi ki, Yelena İvanovna bir anlığa havalansa
da, İvan Matveiçin müsibətli ölümünün hayıfını almaq üçün timsaha çubuq cəzasının
kəsilməsini tələb edir. Lakin onun niyyəti tamam başqaymış. Mən xəcalətli baxışlarla qapıya
nəzər salaraq, Yelena İvanovnanın sakitləşməsi, ən əsası isə əcaib “yırtmaq” sözünü
işlətməməsi üçün onu dilə tutmağa başladım. Çünki Pasajın ortasında, elmli, oxumuş
cəmiyyətin içində, bəlkə də, bu dəqiqə cənab Lavrovun açıq mühazirə oxuduğu6 zalın iki
addımlığında bu cür mürtəce çağırışın səslənməsi yolverilməzdi, hətta imkansız bir şey idi. Hər
an mədəni adamlar bizi fitə basar, cənab Stepanovun karikatura hədəfinə7 gələrdik.
Bədbəxtlikdən çox keçmədi ki, şübhələrim doğruldu: timsahın saxlandığı yerlə, girişdə – iyirmi
beş qəpikliklərin toplandığı otaqcığın arasındakı pərdə aralandı və bığlı-saqqallı, əlində furajka
tutmuş, bədəninin yuxarı hissəsini lap irəliyə əymiş və giriş pulunu ödəməmək üçün bir
ayağını ehtiyatla kandarın eşiyində saxlamış bir fiqur göründü.
– Xanım, bu cür mürtəce istək, – biz tərəfə keçməmək üçün özünü tarazlamağa çalışan
naməlum şəxs dedi, – sizin mədəni səviyyənizə şərəf gətirmir və bu, beyninizdəki fosfor
çatışmazlığından irəli gəlir.8 Siz tərəqqinin xronikasında və bizim satirik vərəqlərimizdə dərhal
fitə basılacaqsınız…
Ancaq sözünü sona çatdırmağa macal tapmadı: özünə gələn sahib heç nə ödəmədən
timsahın olduğu otağa girib danışan adamı görüncə dəhşətə gəldi və qəzəblə naməlum şəxsin
111