Page 107 - "Xəzər"
P. 107
umuza davam elədik. Adamlar əldən düşüblər, susuzluqdan əziyyət çəkirlər. Eustakio 72
gözlərində yaş yalvara-yalvara bir qurtum su istəməklə özünü gülünc vəziyyətə saldı. Ağır
keçiddən, çoxsaylı dayanacaqlardan sonra sübh tezdən axır ki, kiçik bir qəsəbəyə gəlib çatdıq.
Yaxınlıqda itlər hürüşür. İrəlidə çılpaq təpəlik ucalır.

Beninyoya yardım elədik: onun yarası qanayır. Mən El Medikoya iynə vurdum. Beninyo
bütün gecə ağrıdan şikayət etdi.

Radio ilə xəbər verdilər ki, Kambaların hər ikisi Debrenin işində şahid qismində çıxış
etmək üçün Kamiriyə gətiriliblər.

Yüksəklik – 2000 metr.

7 oktyabr
Bugünkü əlamətdar tarixi – ordumuzun yaranmasının on bir aylığını sentimental notda,
gözlənilməz hadisəsiz qarşıladıq. 12.30-da kanyonda keçilərilə birgə qarı göründü. Onu saxlamalı
olduq. O, düz-əməlli heç bir məlumat vermədi. Əsgərlərin yeri ilə bağlı heç nə bilmir, çünki
buralarda çoxdandır ki, olmayıb. Ətrafdakı cığırlar haqqında danışdıqlarından belə bir nəticəyə
gəldik ki, buradan La-İqueraya bir lig, oradan Xaqueyə daha bir lig, Xaqueydən Pukaraya isə iki
lig yol var. 17.30-da İnti, Aniseto və Pablito qarının evinə yollandılar. Onun iki qızından biri yataq
xəstəsidi, digəri isə liliputdur. Qarıya 50 peso verdik və ona dilini dinc qoymağı tapşırdıq, amma
buna o qədər də ümid etmirik73.
Bizim qrupumuz tam heyətdə – 17 nəfər ay işığı altında yola düzəldi. Yürüş ağır keçdi. Biz
kanyonda iz qoya-qoya yürüdük. İnsan məskəninə rast gəlmədik, amma bulaqdan çəkilmiş süni
suvarma kanalları şəbəkəsi olan kartof əkin sahələrinin yanından ötüb keçdik. Gecələmək üçün
2.00-da dayandıq, belə ki, irəliləməyin heç bir mənası yox idi. Çino qaranlıqda tamamilə aciz olur.
Radio qəribə bir məlumat verdi. Bu məlumata görə, Serrano rayonunda 250 əsgər
mühasirəni yarmağa çalışan otuz yeddi “banditin” geri çəkilmə yollarını bağlayıb. Ehtimal edilən
mühasirə yeri Asero və Oro çayları arasındakı dərə göstərilir.
Məlumat təxribata oxşayır.
Yüksəklik – 2000 metr.

Çevirdi: Rövşən Ramizoğlu

72 Eustakio – Lusio Edilberto Qalvan İdalqo. Perulu. 1967-ci il oktyabrın 14-də Miske və Rio-Qrande çaylarının
qovuşağında yerləşən Kaxones adlı yerdə qətlə yetirilib.
73 Keçiləri olan qarı öz sözünə əməl edib. O, hökumət ordusunun əsgərlərinə heç bir məlumat verməyib və Çe Gevara
haqqında bir kəlmə olsun belə pis söz deməyib. Onun adı Epifaniya Kabrera olub.

107
   102   103   104   105   106   107   108   109   110   111   112