Page 113 - "Xəzər"
P. 113
Bir sözlə, o, əməlli-başlı həyasızlıq edirdi; tamahkarlıq və pul-para hərisliyi onun
gözlərində sevinc qığılcımları kimi sayrışırdı.
– Mən getdim! – qeyzlə qışqırdım.
– Mən də! Mən də gedirəm! Andrey Osipıçın özünün yanına gedəcəyəm, onu göz
yaşlarımla rəhmə gətirəcəyəm, – Yelena İvanovna zarıdı.
– Bunu eləmə, dostum, – İvan Matveiç tələsik onun sözünü kəsdi; çünki çoxdandı
arvadını İvan Osipiçə qısqanırdı və bilirdi ki, arvadı gedib təhsilli adamın qarşısında həvəslə
ağlayacaq, cünki ağlamaq ona çox yaraşırdı. – Elə sənə də məsləhət görmürəm, dostum, – o,
mənə müraciət etdi, – götür-qoy eləmək lazımdır: nə olar, nə olmaz. Yaxşısı budur bu gün, elə-
belə, şəxsi ziyarət kimi Timofey Semyonıçın yanına gedəsən. O, köhnə fikirli və dayaz adamdır,
amma ağırtaxtalıdır, başlıcası isə sözü üzə deyəndir. Ona əvəzimdən baş endir və işin təfərrüatını
danış. Sonuncu kart oyununda ona yeddi manat borcum qalıb, fürsətdən istifadə eləyib, bu pulu
ödə: bu, zabitəli qocanı yumşaldar. Hər halda, onun məsləhətini əldə rəhbər tutmağa dəyər. İndi
isə, hələlik, Yelena İvanovnanı burdan apar… Sakit ol, dostum, – o davam edirdi, – mən bu hay-
küydən və arvad dedi-qodularından yoruldum, bir az yatmaq istəyirəm. Bura isti və rahatdır,
düzdür, hələ bu gözləmədiyim yerə tam göz gəzdirməmişəm…
– Göz gəzdirmək! Məgər ora işıqlıdır? – Yelena İvanovna sevincək çığırdı.
– Ətrafımı zülmət bürüyüb, – bədbəxt dustaq cavab verdi, – ancaq mən, necə deyərlər,
hər yanı əlləyə-əlləyə yoxlaya bilirəm… Salamat qal, sakit ol və əyləncələrindən qalma. Sabaha
qədər! Sən isə, Semyon Semyonıç, axşamtərəfi mənə baş çəkərsən. Dağınıq adam olduğun üçün
məni unuda bilərsən, barmağına düyün vur ki, yadından çıxmasın…
Boynuma alıram, elə özüm də çıxıb getmək istəyirdim, çünki çox yorulmuşdum, üstəlik,
bir az da bezmişdim. Odur ki, vaxt itirmədən hüznlü, amma həyəcandan qəşəngləşmiş Yelena
İvanovnanın əlindən tutub, timsahın olduğu yerdən çölə çıxardım.
– Axşam giriş iyirmi beş qəpik! – sahib arxamızca qışqırdı.
– İlahi, nə xəsis adamlardır! – deyəsən, qəşəngləşdiyini özü də hiss eləyən Yelena
İvanovna Pasajdakı divar və pəncərə aralıqlarından asılmış bütün güzgülərə göz yetirə-yetirə
söylənirdi.
– İqtisadi prinsip, – mən yüngül həyəcanla və yoldan keçənlərin qarşısında öz xanımımla
qürrələnərək cavab verirdim.
– İqtisadi prinsip… – O, simpatik səslə, sözləri uzada-uzada dedi, – mən bayaq İvan
Matveiçin bu iyrənc iqtisadi prinsip haqqında dediklərindən heç nə başa düşmədim.
– Mən sizə izah edərəm, – cavab verdim və dərhal xarici kapitalın vətənimizə cəlb
edilməsinin xeyirli nəticələri haqqında danışmağa başladım, bu barədə hələ səhər-səhər
“Peterburqskie izvestiya” və “Volos” qəzetlərində11 oxumuşdum.
– Bütün bunlar çox qəribədir! – o, bir müddət dinlədikdən sonra məni dayandırdı, –
bəsdir, mənfur adam, cəfəng şeylər danışırsınız… Deyin görüm, çox qızarmışam?
– Siz qızarmamısınız, gözəlləşmisiniz! – ona kompliment demək fürsətini əldən
qaçırmadım.
– Dəcəl! – özündən razı halda söyləndi. – Yazıq İvan Matveiç, – bir dəqiqə sonra başını
işvəylə yana əyib, əlavə etdi, – ona, doğrudan da, yazığım gəlir, aman Tanrım! – qəfildən səsini
ucaltdı, – bəs o, bu gün orada necə yemək yeyəcək və…və… nəsə eləmək istəsə, neyləyəcək?
– Gözlənilməz sualdır, – sual məni də çətinə saldı. Doğrusu, bu, mənim ağlıma
gəlməmişdi, gör həyati məsələlərin həllində qadınlar biz kişilərdən nə qədər bacarıqlıdırlar!
– Zavallı, nə pis ilişdi… əyləncə-filan yox, qaranlıq yer… hayıf ki, məndə onun foto-
kartoçkası qalmayıb… Deməli, indi bir növ dulam, – yəqin ki, özünün yeni vəziyyətini
düşünərək, şirin-şirin gülümsədi, – hm… hər halda, heyf ondan!..
113