Page 115 - "Xəzər"
P. 115
– Hm! Heyvanlara? Məncə, bunların hamısı lovğalıqdandır. Hansı heyvanlara?
Heyvanlara? Məgər bizdə heyvanlar azdır? Heyvanxanalar var, muzeylər var. Peterburqun
həndəvəri ayılarla doludur. Elə onun özü də timsahın qarnına düşüb də…

– Timofey Semyonıç, əfv edərsiniz, adamın başına iş gəlib, adam sizi dost bilib yanınıza
gəlir, yaşlı qohum kimi sizə ağız açır, məsləhətinizi istəyir, sizsə onu məzəmmət edirsiniz… Heç
olmasa bədbəxt Yelena İvanovnaya yazığınız gəlsin!

– Siz onun arvadını deyirsiniz? Maraqlı xanımdır, – deyəsən, bir qədər yumşalmış
Timofey Semyonıç tənbəkini ləzzətlə qoxulayıb dedi. – Zərif məxluqdur. Tökmə bədənli, başını
da elə hey yana əyir, hey əyir… Çox gözəldir. Andrey Osipıç hələ üç gün əvvəl ondan danışırdı.

– Danışırdı?
– Danışırdı, özü də kifayət qədər tərifli sözlərlə. Döşləri, deyirdi, baxışları, saç düzümü…
Qadın deyil, deyirdi, baldırı… sonra da güldü. Cavan adamdır, – Timofey Semyonıç bərkdən
burnunu çəkdi. – Doğrudur, cavandır, amma gör özünə necə ad qazanır…
– Axı bu tamam başaq məsələdir, Timofey Semyonıç.
– Əlbəttə, əlbəttə.
– İndi nə deyirsiniz, Timofey Semyonıç?
– Əlimdən nə gəlir ki?
– Qohum kimi məsləhət verin, qohum kimi yol göstərin. Təcrübəli adam kimi. Nə etməli?
Rəhbərliyə müraciət edək, yoxsa…
– Rəhbərliyə? Qətiyyən yox, – Timofey Semyonıç tələsik cavab verdi. – Məsləhət
istəyirsinizsə, deyim: hər şeydən öncə bu işi ört-basdır etmək və necə deyərlər, fərdi qaydada
hərəkət etmək lazımdır. Şübhəli məsələdir, görünməmiş işdir. Ən əsası, görünməmiş işdir, pis
fikirlər doğurur… Ona görə də ehtiyatı əldən vermək olmaz… Qoy uzansın orda özüyçün…
Gözləmək lazımdır, əlverişli vaxtı gözləmək…
– Necə gözləyək, Timofey Semyonıç? Bəs orada boğulub ölsə?
– Niyə ölür? Axı siz özünüz dediniz ki, rahat yerdədir.
Hər şeyi ona yenidən danışdım. Timofey Semyonıç fikrə getdi.
– Hm! – o, burunotu qabını əlində oynada-oynada söyləndi. – Məncə, xaricə getmək
əvəzinə bir müddət orada yatsa, daha yaxşıdır. Qoy asudə vaxtından istifadə eləsin, düşünüb-
daşınsın; əlbəttə, boğulub-ölməyə dəyməz, ona görə də onun sağlamlığını qorumaq üçün lazımi
tədbirlər görmək lazımdır: yəni öskürmək və bu kimi şeylərdən qaçmaq lazımdır… Almana
gəlincə, şəxsən mənim fikrimcə, o haqlıdır, əməlli-başlı haqlıdır, çünki icazəsiz-filansız onun
timsahına soxulublar, İvan Matveiçin timsahına dürtülən o deyil. Bildiyim qədər, onun heç
timsahı da yox idi. Belə… timsah isə xüsusi mülkiyyətdir, haqqını ödəmədən onu kəsib-
doğramaq olmaz.
– İnsanlığın xilası naminə, Timofey Semyonıç.
– Bu artıq polisin işidir. Onlara demək lazımdır.
– İvan Matveiç bizim özümüzə də lazım ola bilər axı. Onu çağıra bilərlər.
– İvan Matveiç lazım ola bilər? Ha-ha! Həm də o, məzuniyyətdədir axı, deməli, onu
gözdən çıxara bilərik, qoy orada Avropa torpaqlarını seyr etsin. Məzuniyyətdən qayıtmasa, başqa
məsələ, onda soruşarıq, araşdırarıq…
– Üç aydan sonra! Timofey Semyonıç, yazıq deyilmi?
– Günah özündədir. Onu oraya zorla soxmayıblar ki. Belə getsə, ona dövlət hesabına
dayə tutmalı olacağıq, belə bir ştat isə nəzərdə tutulmayıb. Başlıcası, timsah şəxsi mülkiyyətdir,
deməli, iqtisadi prinsip deyilən şey qüvvəyə minir. İqtisadi prinsip isə hər şeydən əvvəl gəlir.
Hələ üç gün əvvəl Luka Andreiçin evindəki müsamirədə İqnati Prokofiç deyirdi, İqnati Prokofiçi
tanıyırsınızmı? Kapitalistdir, iş adamıdır, bilirsiniz, çox səlis, rabitəli danışır. “Bizə, deyir,
sənaye lazımdır, sənayemiz zəifdir. Onu qurub-yaratmaq lazımdır. Kapital toplamaq, demək ki,

115
   110   111   112   113   114   115   116   117   118   119   120