Page 116 - "Xəzər"
P. 116
a təbəqəni, burjuaziyanı yaratmaq lazımdır. Özümüzdə kapital olmadığı üçün onu xaricdən
cəlb etmək lazımdır. Əvvəla, indilərdə xaricdə olduğu kimi, əcnəbi kompaniyalara imkan
tanımaq lazımdır ki, bizdə torpaq sahələri ala bilsinlər. Deyir, icma mülkiyyəti zəhərdir,
ölümdür! Özü də, bilirsinizmi, ehtirasla danışır, deyir, icma ilə nə sənaye, nə də əkinçilik dirçələ
bilməz. Xarici kompaniyalar, deyir, torpaqlarımızın hamısını hissə-hissə almalıdırlar. Sonra bu
torpaqları da lap kiçik hissələrə parçalamaq, bölmək, xırdalamaq lazımdır. Qətiyyətlə deyir:
xırdalamaq və şəxsi mülkiyyətə vermək! Satmaq yox ha, icarəyə vermək. Onda, deyir, torpağın
hamısı əcnəbi kompaniyaların əlində olacaq, deməli, istədiyin miqdarda icarə haqqı tələb eləyə
bilərsən. Belə çıxır ki, mujik üçqat artıq işləməli olacaq, yalnız boğazı üçün çalışacaq və canında
həmişə qovulmaq qorxusu olacaq. O hiss edəcək ki, çıxış yolu yoxdur, daha səylə çalışacaq və
eyni muzda görə üçqat artıq işləyəcək. Amma hazırda icmada nə vecinə! Bilir ki, acından
ölməyəcək, tənbəllik eləyir, arağa qurşanır. Belədə isə, pullar da cəlb ediləcək, kapital da
yaranacaq, burjuaziya da əmələ gələcək. Bu yaxınlarda ingilislərin siyasi və ədəbi qəzeti
“Taym”da da bizim maliyyə məsələlərimizi araşdırıb yazmışdılar: bizim vəsaitlərimiz ona görə
artmır ki, orta təbəqə yoxdur, iri pul kisələri yoxdur, qulluq göstərən proletarlar yoxdur…” İqnati
Prokofiç yaxşı danışır. Natiqdir. Özü rəhbərlik haqqında rəy yazıb, “İzvestiya”da çap etdirmək
istəyir. Bu, İvan Matveiçin məsələsi kimi cəfəng şeylər deyil ha…

– Yaxşı, İvan Matveiç necə olsun? – Qocaya ürəyini boşaltmağa imkan verib, yenidən
söhbətə qayıtdım. Timofey Semyonıç bəzən çənəsini boş buraxmağı sevirdi, bununla göstərmək
istəyirdi ki, geridə qalmayıb və hər şeydən xəbərdardır.

–“ İvan Matveiç necə olsun?” Elə ona gətirirəm də. Biz əcnəbi kapitalı ölkəmizə cəlb
etmək üçün çalışırıq, indi özünüz baxın: timsah sahibinin ölkəyə cəlb etdiyimiz kapitalı İvan
Matveiçin hesabına ikiqat artan kimi biz əcnəbi mülkiyyətçiyə havadarlıq etmək, himayəmiz
altına almaq yerinə, onun əsas kapitalının qarnını yırtmağa çalışırıq. Bu nə dərəcədə düzgündür?
Məncə, İvan Matveiç əsl vətən oğlu kimi əcnəbi timsahın qiymətini birə-iki, bəlkə də birə-üç
artırdığına görə sevinməli və fəxr etməlidir. Bu, kapital cəlb etmək üçün vacibdir. Birinin işi
alındıqdan sonra, bir də görəcəksən, ikincisi də timsah gətirib, üçüncü əcnəbi isə ikisini-üçünü
birdən gətirəcək, onların ətrafında isə kapital formalaşmağa başlayacaq. Bu da sizə burjuaziya.
Belə şeyləri təqdir etmək lazımdır.

– İnsafınız olsun, Timofey Semyonıç! – səsimi ucaltdım, – siz İvan Matveiçdən az qala
görünməmiş fədakarlıq tələb edirsiniz!

– Mən heç nə tələb etmirəm və sizdən bir daha xahiş edirəm başa düşəsiniz, mən müdir-
filan deyiləm, deməli, heç nə tələb eləyə bilmərəm. Mən bir vətən oğlu kimi danışıram, yəni
“Vətən oğlu”13 kimi yox, adi vətən oğlu kimi danışıram. Yenə deyirəm, onu kim məcbur etmişdi
ki, gedib timsahın qarnına soxulsun? Ağır adamdır, bəlli qulluq sahibidir, qanuni nikahda yaşayır
və birdən belə bir addım! Düzgün hərəkətdirmi?

– Axı bu addımı özü də bilmədən atıb.
– Nə bilmək olar? Yaxşı, timsah sahibinə hansı puldan ödəyəcəyik, bunu deyin?
– Bəlkə məvacibdən, Timofey Semyonıç?
– Çatarmı?
– Çatmaz, Timofey Semyonıç, – kədərli cavab verdim. – Timsahın sahibi əvvəlcə
heyvanın partlayacağından qorxurdu, sonra hər şeyin yaxşı olduğunu görüb, vacib görkəm aldı
və sevindi ki, qiyməti iki dəfə qaldıra bilər.
– Üç dəfə, dörd dəfə də qaldıra bilər! Camaat axışıb gələcək, timsah sahibləri isə zirək
adamlardır, üstəlik, ətbazlıq, əyləncəyə meyl etmə… ona görə də, təkrar edirəm, qoy hələlik İvan
Matveiç gizlindən göz qoysun, qoy tələsməsin. Eybi yox, qoy hamı bilsin ki, o, timsahın
qarnındadır, amma rəsmi olaraq bilinməsin. Bu mənada İvan Matveiç xüsusilə etibarlı yerdədir,

116
   111   112   113   114   115   116   117   118   119   120   121