Page 106 - "Xəzər"
P. 106
sləri eşitdim və anladım ki, bizimkilər tələyə düşüblər. Biz tələm-tələsik müdafiə mövqeyi
tutduq və əvvəlcədən Rio-Qrandeyə aparan yolla geriyə çəkilmə marşrutu hazırlayıb sağ qalanları
gözləməyə başladıq. Tezliklə yaralı Beninyo, az sonra isə Aniseto və Pablito qaçıb gəldilər;
sonuncunun pəncəsi zədələnib. Migel, Koko və Xulio həlak olub. Kamba bel çantasını atıb qaçıb.
Mən aryerqarda dərhal Rio-Qrandeyə tərəf çəkilməyi əmr etdim; digərləri aryerqardın dalınca
gəldi. Lap arxada gələnlər atəş altına düşdülər və geri qaldılar. İnti ilə əlaqə kəsildi. Onları qəsəbə
tərəfdən açılan aramsız atəşin sədaları altında yarım saat pusquda gözləyəndən sonra geri çəkilmək
qərarına gəldim. Amma az keçmiş İnti gəlib bizə çatdı. Bu vaxt Leonun yoxa çıxdığı məlum oldu.
İnti yarğanda onun bel çantasını gördüyünü söylədi. Bir az sonra isə biz kanyonla bir nəfərin
tələsik uzaqlaşdığını gördük. Onun Leon olduğu qərarına gəldik. Düşməni azdırmaq üçün qatırları
kanyona buraxdıq, özümüz isə duzlu suyu olan bulağın axdığı yarğandan keçib getdik. Gecəyarısı
dayanmalı olduq: heyimiz qalmamışdı.
30 sentyabr
Daha bir gərgin gün. Səhər Çili radiosu “Balmaseda” yüksək rütbəli ordu rəhbərlərinə
istinadla Çe Gevaranın hər tərəfdən mühasirəyə alındığını və onun kolluq yarğanda gizləndiyini
məlumat verdi. Yerli radiostansiyalar susurlar. Burda xəyanət olduğundan şübhələnirəm. Bəlkə də
onlar bizim harada olduğumuzu dəqiq bilirlər. Əsgərlər yenə vurnuxmağa başlayıblar. 12.00-da
əllərində hazır vəziyyətdə silahları olan 40 nəfərdən ibarət qrup iki dəstə ilə ötüb keçdi və
qarovulda əsəbi qarovulçular qoyub rançoda yerləşdi.
Bunu Aniseto və Paço məlumat verdilər. İnti və Villi qayıdıb gəldilər və bir: Rio-Qrandeyə
düzünə iki kilometr yol olduğunu; iki: irəlidə kanyonun üzərində üç ev gördüklərini; üç: yolüstü
düşərgə salmaq üçün bir neçə xəlvəti yer gözaltı etdiklərini söylədilər. Biz su dalınca yollandıq və
22.00-da qaranlıqda demək olar ki, hərəkət edə bilməyən yazıq Çinoya görə tempi çox aşağı olan
üzücü gecə yürüşünə çıxdıq. Beninyo özünü yaxşı hiss edir, amma El Medikonun vəziyyəti
əvvəlkitək pisdir.
2 oktyabr
Antonio71.
Gün ərzində bir əsgər belə görmədik. Bizim mövqeyimizin yanından çobanlar keçi sürüsü
keçirdilər; çoban itləri hürüşməyə başladılar. Biz kanyon tərəfdən rançonun yanından ötüb keçmək
qərarına gəldik. Suya çatmaq və keçiddən əvvəl axşam yeməyi yemək üçün xeyli vaxtımızın
olacağına ümid edərək 18.00-da aşağı enməyə başladıq. Təəssüf ki, Nyato yolu azdı və üstəlik,
inadla bunu boynuna almaq istəmirdi. Axır geriyə dönməli olduq və yenə azdıq. Nəticədə təpədə
– susuz, acqarına gecələdik. Radio düşmənin 30 sentyabrdakı yüksək fəallığını izah etdi. “Krus
del Sur” radiostansiyasının məlumatına görə, ordu Abra del Kinyol yaxınlığında kiçik “bandit”
qrupu ilə döyüşə girib. Heç bir tərəf itki verməyib, bununla belə, otun üstündə qan izlərinə rast
gəlinib.
Məlumatda qrupun altı nəfərdən ibarət olduğuna israr edilir.
5 oktyabr
Olan-qalan gücümüzü toplayıb 5.15-ə qədər yürüdük, sonra inək cığırından çıxıb seyrək
meşəyə girdik. Kolluq burda elə hündürdü ki, başımızacan bizi gizləyir. Beninyo və Paço su
axtarmağa yollandılar, yaxınlıqdakı atılmış evi ələk-vələk eləsələr də heç nə tapmadılar. Ola bilsin
ki, buralarda haradasa quyu var. Onlar geri dönəndən az sonra növbətçilər atılmış evə altı əsgərin
girdiyini məlumat verdilər – görünür, sadəcə, maraq xatirinə evə giriblər. Hava qaralan kimi
71 Antonionun (Orlando Pantoxa Tamayo) ad günü
106