Page 112 - "Xəzər"
P. 112
tünə şığıdı, yumruqlarını işə salıb, onu çölə fırlatdı. Hər ikisi bir dəqiqəliyə pərdənin arxasında
gözdən itdi və nəhayət, mənə çatdı ki, əslində bütün bu həngamə boş yerdən yaranıb; Yelena
İvanovnanın heç bir günahı yoxdu: o, yuxarıda dediyim kimi, timsaha geridəqalmışcasına
alçaldıcı çubuq cəzası vermək istəmirmiş, sadəcə, istəyirmiş ki, onun qarnını bıçaqla yırtıb, İvan
Matveiçi azad etsinlər.
– Necə! Siz istəmək mənim timsah məhv olmaq! – Tələsik içəriyə qayıdan sahib bağırdı.
– Yoxx, qoy əvvəlcə sizin ər məhv olmaq, sonra timsah!.. Meyn fater timsah göstərmək, meyn
qrosfater timsah göstərmək, meyn zon timsah göstərəcək, mən də timsah göstərəcək! Hamı
timsah göstərəcək! Mən hans Avropa tanınır, sizsə hans Avropa tanınmır və mənə cərimə
ödəmək.
– Ya, ya! – qəzəbli alman qadını onun səsinə səs verdi, – biz sizi buraxmaz, cərimə,
Karlxen yırtılanda!
– Onun qarnını yırtmağın xeyri də yoxdur, – Yelena İvanovnanı tez evə aparmaq üçün
sakitcə əlavə etdim, – çünki əzizimiz İvan Matveiç, çox böyük ehtimalla, hardasa, empiriyalarda
dolaşır.
– Dostum, – bu məqamda heç gözlənilmədən İvan Matveiçin bizi çaşbaş salan səsi
eşidildi, – dostum, mənim fikrimcə, birbaşa nəzarətçinin kontoruna müraciət etmək lazımdır,
çünki polisin köməyi olmadan alman həqiqəti dərk etməz.
Sarsılmaz iradədən xəbər verən, qətiyyətlə, təmkinlə səsləndirilmiş bu sözlər əvvəlcə bizi
o qədər təəccübləndirdi ki, qulaqlarımıza inanmadıq.
Sözsüz ki, o saat timsahın salındığı yeşiyə sarı qaçdıq və inamsızlıqla, inamsız
olduğumuz qədər də dərin hörmət və ehtiramla bədbəxt “məhbusu” dinləməyə başladıq. Onun
boğuq, nazik və xırıltılı səsi, sanki çox uzaqlardan gəlirdi. Elə bil, başqa otağa keçən hansısa
zarafatcıl birisi adi balışı ağzına tutaraq qışqırmağa başlayır və bunu o biri otaqda qalmış
adamlara, iki mujikin səhrada və ya aralarındakı böyük yarğanın üstündən bir-birini səsləməsi
kimi göstərmək istəyir. Bir dəfə Milad bayramı günlərində belə bir səhnənin məmnuniyyətini
yaşamışdım.
– İvan Matveiç, dostum, deməli, yaşayırsan! – Yelena İvanovna kəkələdi.
– Yaşayıram, özü də sağ-salamatam, – İvan Matveiç cavab verdi, – Tanrının köməyi
sayəsində heç xəsarət almadan udulmuşam. Məni yalnız bir şey narahat edir: rəhbərlik bu
məsələyə necə baxacaq? Axı xaricə getmək üçün bilet götürdüyüm halda gəlib timsahın qarnına
düşmüşəm, bu elə də ağıllı iş sayılmaz…
– Dostum, ağıl-fərasət barədə düşünməyin yeri deyil; hər şeydən öncə səni burdan
eşələyib çıxartmaq lazımdır, – Yelena İvanovna onun sözünü kəsdi.
– Eşələmək! – sahib çığırdı, – mən qoymaz eşələmək timsahı. İndi camaat çox-çox
gəlmək, mən də fuftsiq9 qəpik almaq, Karlxen də çox tıxmamaq.
– Qot zey dank!10 – mutter onun səsinə səs verdi.
– Onlar haqlıdırlar, – İvan Matveiç sakitcə dilləndi, – iqtisadi prinsip hər şeydən əvvəl
gəlir.
– Dostum, – qışqıraraq dedim, – bu dəqiqə rəhbərliyin üstünə qaçıb şikayətlənəcəyəm,
çünki hiss edirəm ki, bu işi təkbaşına görə bilməyəcəyik.
– Mən də elə düşünürəm, – İvan Matveiç dedi, – ancaq indiki ticari böhran dövründə
iqtisadi maraq olmadan timsahın qarnını yarmaq çətin məsələdir, bu mənada qaçılmaz sualla
üzləşirik: sahib öz timsahı üçün nə qədər pul istəyəcək? Burdan da başqa sual çıxır: bu pulu kim
ödəyəcək? Sən axı bilirsən, əlim aşağıdır…
– Ümid qalır maaşa, – çəkinə-çəkinə dedim, ancaq sahib o dəqiqə sözümü yarıda kəsdi:
– Mən timsahı satmamaq, mən üç min satmaq timsahı, mən dörd min satmaq timsahı!
Artıq çox adam gəlmək! Mən beş min satmaq timsahı!
112