Page 105 - "Xəzər"
P. 105
Ağır gün oldu. Daşlıq təpənin başına dolandıq. Ağ madyan tərslik elədi və yerində durdu,
onu palçığın içində qoyub getməli olduq. Ondan heç ət də əldə edə bilmədik. Atılmış ovçu
daxmasına gəlib çıxdıq, burada pusqu qurduq. Az keçmiş torumuza iki nəfər düşdü. Onların
əfsanələri belədir: dünən on tələ qurublar, indi onları yoxlayırlar. İddia edirlər ki, əsgərlər Varqasın
rançosunda, Tatarendada, Karaquatarendada, İpitada və Nyomaoda yerləşiblər. Karaquatarenda
yaxınlığında döyüş olduğunu və bir əsgərin yaralandığını da dedilər. Ola bilər ki, orda Beninyo
mühasirəni yarmaq və ya ərzaq əldə etməyə çalışıb. Əsirlər onu da söylədilər ki, sabah əsgərlər
15-20 nəfərlik qruplara bölünüb balıq tutmağa yollanacaqlar. Tapir ətini bərabər böldük, boş
patrontaşın köməyi ilə tutduğumuz balıqları da ona əlavə etdik. Mən düyü yedim və bundan çox
razı qaldım. El Mediko düzəlir. Radio ilə məlumat verdilər ki, Debrenin məhkəməsi sentyabr ayına
qədər təxirə salınıb.

Yüksəklik – 580 metr.

17 sentyabr

Pablito67.
Stomatoloq günü. Migel çayda, Beninyo isə cığırda kəşfiyyat aparan vaxt mən Arturonun
və Çapakonun hərəsinin bir dişini çəkdim. Kəşfiyyatçılar məlumat verdilər ki, qatırlar çayın yuxarı
tərəfindən problemsiz keçəcəklər, amma əvvəlcə bir neçə dəfə çayı ora-bura keçmək lazım
gələcək. Pablitonun şərəfinə düyü bişirdik. Bu gün onun 22 yaşı tamam olur – o ən gənc
gerilyerodur.
Cəmi bir xəbər var: məhkəmənin keçirilmə tarixinin dəyişdirilməsi. Bir də Loyola
Qusmanın68 həbsi etiraz dalğası doğurub.

26 sentyabr

Tar-mar. Səhər tezdən fiesta69 keçirilən Pikaço qəsəbəsinə qalxdıq (yeni yüksəklik rekordu
– 2280 metr). Sakinlər bizi çox mehriban qarşıladılar. Biz rahatladıq və bundan sonra qorxusuz
hərəkət etməyə başladıq. Halbuki bir gün əvvəl Ovando70 mənim bu gün-sabah ələ keçiriləcəyimə
zəmanət verirdi.

La-İqueraya çatan kimi ab-hava kəskin dəyişdi. Qəsəbə sanki ölmüşdü; cəmi bir neçə qarı
qalıb. Koko yerli teleqrafçının evinə yollandı (onun evində telefon var) və ayın 22-nə aid teleqram
gətirdi. Ondan bildik ki, Valyeqrande prefektinin müavini buranın magistrına partizanlar peyda
olduqları təqdirdə nəyin bahasına olursa olsun dərhal Valyeqrande ilə əlaqə saxlamağı tapşırıb.
Magistr aradan çıxıb; onun arvadı and içir ki, əri heç kimlə əlaqə saxlamayıb, çünki hamı qonşu
qəsəbə Xaqueyə bayramı qeyd etməyə gedib.

13.00-da ön dəstəni Xaqueyə göndərdim; çatan kimi vəziyyəti dəyərləndirməyi və
qatırlarla, eləcə də El Mediko ilə bağlı bir şey fikirləşməyi tapşırdım. Az sonra, mən qəsəbədə
qalmış və həddən artıq hürkmüş yeganə kişi xeylağını dindirərkən koki alverçisi gəlib çıxdı. O,
Valyeqrande və Pukaradan gəldiyini və oralarda sakitlik olduğunu söylədi. O da çox həyəcanlı idi.
Mən bunu xislətlərindəki qorxaqlığın ayağına yazıb hər ikisini buraxmağı əmr etdim. Halbuki
onların yalan danışdıqları aydın idi. 13.30-da təpənin başına dırmaşanda aşırım tərəfdən atəş

67 Pablito (Pablo) – Fransisko Uanka Flores. Boliviyalı. Kebrado de El-Yuro dərəsindəki döyüşdən sonra bir qrup
sağ qalmış yoldaşı ilə birlikdə Miske və Rio-Qrande çaylarının qovuşuğundakı Kaxonesə gəlib və 1967-ci il 14
oktyabrda burada qətlə yetirilib.
68 Loyola Qusman Lara. Boliviyalı. 1967-ci ilin fevral ayına qədər Boliviya komsomolunun milli icraiyyə
komitəsinin üzvü olub. Partizanların xəlvətxanalarında fotoşəkilləri tapıldıqdan sonra 1967-ci ilin sentyabrında həbs
olunub. 1970-ci ildə partizanların Teopontedə ələ keçirdikləri alman əsirləri ilə dəyişdirilərək azadlığa buraxılıb.
69 Latın Amerikası ölkələrində və İspaniyada təşkil olunan ənənəvi xalq şənlikləri
70 Ovando – Alfredo Ovando Kandia. Boliviya ordusunun baş komandanı. 1967-ci ildə Çenin qrupuna qarşı aparılan
döyüş əməliyyatlarına rəhbərlik edib.

105
   100   101   102   103   104   105   106   107   108   109   110