Page 103 - "Xəzər"
P. 103
şmən kolların dibində gizlənə bilərdi, sahil hər yandan görünürdü. Artıq gec idi – 17.00. Biz
qaranlıq düşməsini gözlədik və qənimətləri topladıq. Migel sol tərəfdə budaqların xışıltısını
eşitdiyini məruzə etdi. Mən ehtiyac olmadan atəş açmamağı tapşırıb Antonio və Paçonu ora
göndərdim. Demək olar ki, bir anın içində hər tərəfdən atəş açmağa başladılar. Vəziyyət bizim
xeyrimizə olmadığına görə geri çəkilməyi əmr etdim. Dərhal geri çəkilmək alınmadı,
bizimkilərdən ikisi yaralanmışdı: Pombo ayağından, Tuma qarnından. Biz cəld onları evə apardıq
və bacardığımız kimi əməliyyat elədik. Pombonun yarası dərin deyildi, yeganə problem çevikliyin
qismən itirilməsi idi. Tumanın güllə qaraciyərinə dəymişdi, bağırsaqları da zədələnmişdi; o elə
əməliyyat masasındaca canını tapşırdı. Mən son illər heç ayrılmadığım yaxın dostumu itirdim:
onun inqilabi işə və şəxsən mənə olan sədaqəti sarsılmaz idi. O mənə oğlum qədər əziz idi. Ölərkən
saatının mənə verilməsini xahiş etmişdi, amma yoldaşlar saat hayında deyildilər: onu xilas etməyə
çalışırdılar. Onda Tuma özü saatını çıxarıb Arturoya verib. Belə görünür ki, o bu saatın üzünü
görmədiyi oğluna çatdırılmasını istəmişdi. Ölən yoldaşlarımızın əşyalarını onların uşaqlarına
verdiyim olmuşdu. Bu saatı müharibənin sonuna qədər qoruyub saxlayacağam. Tumanın cəsədini
ata yüklədik: buradan aralıda dəfn edəcəyik.
Düşmənin iki əsgərini əsir aldıq: adi karabiner və leytenant rütbəsi olan karabiner. İntinin
adamları onlara mühazirə oxuyub, mənim gərək ola bilən hər şeyi müsadirə etmək əmrimin ağını
çıxararaq tək tumanda açıb buraxıblar. Biz özümüzlə birgə doqquz at götürdük.
5 iyul
Buralardakı kəndlilər özləri ilə götürə bildikləri əşyalarını götürüb ailələrilə birlikdə
evlərini tərk edirlər və nizami ordunun repressiyalarından canlarını qurtarmaq üçün başqa yerlərə
köçürlər. Düz Laqunilyasa qədər bizi uzun araba karvanı – öküzlər, donuzlar, toyuqlar və qaçqın
kəndlilər müşayiət etdi. Laqunilyasda biz Pyoxera çayından uzaqlaşdıq və onun qolunun sahili
boyunca bir kilometrə yaxın irəlilədik. Bələdçimiz bütün ailəsi bu yerlər üçün xarakterik olan
bədnam qorxu hissindən iflic olan Ramon adlı yazıq kəndli idi. Yola yaxın yerdə gecələdik. Yolda
Sandovalın Moron adlı dayısı ilə qarşılaşdıq: o San-Luisdə yaşayır və yerlilərdən fərqli olaraq
daha gümrah görünür.
Yüksəklik – 1160 metr.
8 iyul
Şəkər qamışı plantasiyasından ayrılıb ehtiyatla Pyoxera çayına doğru yönəldik. Amma
üfüqdə təhlükəli heç nə görünmürdü və yerli camaat əsgərlər haqqında heç nə eşitməmişdilər. San-
Xuandan gələn qonaqlar isə orada böyük qarnizonun yerləşməsi ilə bağlı məlumatların doğru
olmadığını söylədilər. Görünür, plantasiyanın sahibi bizdən canını tez qurtarmaq üçün bu nağılları
özündən quraşdırıb. Çay boyunca Pirayaya qədər təxminən iki lig55, ordan xəlvətxanaya qədər isə
daha bir lig yol qət etdik. Düşərgə salanda artıq alaqaranlıq idi. Buradan El-Filoya az yol var.
Mən astmamı sakitləşdirmək üçün özümə bir neçə iynə vurdum: tərkibində 1/900 adrenalin
olan göz yumaq üçün mayedən istifadə etdim. Əgər Paulino56 tapşırığın öhdəsindən gələ bilməsə,
astma dərmanı üçün Nyakauasuya geri dönməli olacağıq.
Ordu sonuncu əməliyyatla bağlı rəsmi məlumat yaydı və döyüşdə bir əsgərin öldüyünü
etiraf etdi (yəqin, Rikardo, Koko və Paço kazarmanı alarkən baş vermiş qısa atışma nəzərdə
tutulur).
14 iyul
55 1 lig = 4828,032 m – Britaniya və Amerika uzunluq ölçüsü vahidi
56 Paulino Bayqorriya. Üsyançı orduda əlaqələndirici kimi xidmət edən iyirmi yaşlı kəndli. Dəstəyə daxil olunmasını
xahiş edib. Komarapedə Çenin tapşırığını yerinə yetirərkən həbs olunub və işgəncələrə məruz qalıb.
103