Page 104 - "Xəzər"
P. 104
Bütün gecə çiskinlədi və səhər də kəsmədi. Bununla belə, biz iki bələdçini – merin Pablo
adlı kürəkənini və birinci evdə yaşayan Aurelio Mansilya adlı birisini özümüzlə götürüb 12.00-da
yola çıxdıq. Qadınlar onları gözlərində yaş yola saldılar. Yolayrıcına gəlib çatdıq – bir cığır
Floridaya və Morokoya, o biri isə Pampaya aparır. Bələdçilər Pampaya getməyi təklif etdilər.
Onlar bu yaxınlarda oradan Moskeraya cığır açıblar. Biz razılaşdıq, amma elə 500 metr getmişdik
ki, iki atlıyla – bir əsgərcik və yükü un olan bir kəndli ilə üz-üzə gəldik. Onların üzərindən El-
Filodakı kiçik leytenanta 30 əsgərdən ibarət dəstənin yerləşdiyi Pampadakı kolleqasının yazdığı
depeşa tapıldı. Biz planımızı dəyişib Floridaya yön aldıq. Yolayrıcını keçəndən sonra gecələmək
üçün durduq.

AİP57 və SDP58 İnqilabi Cəbhəni59 tərk ediblər, kəndlilər isə Barryentosun60 Falanqa61 ilə
ittifaqına etiraz edirlər. Hökumət göz görə-görə dağılır. İndi kaş mənim əlavə daha yüz döyüşçüm
olaydı!

17 avqust

Tezdən yola çıxdıq və səhər doqquzda Rositaya çatdıq. Koko iki atəş səsi eşitdi və biz tez-
tələsik pusqu qurduq, amma heç bir hadisə baş vermədi. Günün qalan hissəsi bərbad keçdi: cığırı
itirdik, qeyri-mütəşəkkil hərəkət etdik. 16.30-da Rio-Qrandeyə çıxdıq və düşərgə saldıq. Mən ay
işığında yola davam etməmizi istəyirdim, amma adamlar çox yorulublar. Bizim iki günlük at
ətimiz qalıb (mənim üçün bir günlük rasion motedi62). Yəqin, daha bir atı kəsməli olacağıq. Radio
məlumat verdi ki, Nyakauasu çayı yaxınlığındakı dörd xəlvətxanadan tapılan sənədlər və digər
dəlillər çap ediləcək. Görünür, Monos bulağı yaxınlığındakı xəlvətxananı da tapıblar. Astmanın
mənə rəhmi gəldi və nəfəs almağa imkan verdi.

Yüksəklik 640 metr (açıq-aydın yanlışlıq var, çünki dünən 600 metr idi).

20 avqust

“Döyüşçülər” Villi63 və Darionu64 da ixtiyarlarına verdiyim maçeterolarımız (Migel və
Urbano), demək olar ki, irəliləmədilər, ona görə də biz daha bir gün düşərgədə qalmaq qərarına
gəldik. Koko və İnti heç nə tuta bilmədilər, amma Çapako65 meymun və yurina66 ovladı. Mən
maral əti yedim və gecənin ortasında astmam kəskinləşdi. Məlum oldu ki, El Mediko lümbaqodan
(bel ağrısı) hələ də müalicə olunmayıb, yəni demək olar ki, şikəstdir. Beninyodan heç bir xəbər
yoxdur və bu məni çox narahat edir.

Radio Sukrenin 85 kilometrliyində “banditlərin” olduğundan xəbər verir.

23 avqust

57 Valter Gevara Arse – “Autentinlərin” İnqilabi Partiyasının lideri
58 Boliviya Sosial-Demokrat Partiyası
59 Barryentosu dəstəkləyən koalisiya
60 Rene Barryentos Ortunyo – 1964-cü ilin avqustunda Boliviyanın vitse-prezidenti seçilib, 1966-1969-cu illərdə
prezident olub.
61 Boliviya Sosialist Falanqası – sağ meylli Boliviya siyasi partiyası
62 Qaynadılmış qarğıdalıdan hazırlanan hindi yeməyi
63 Villi – Simeon Kuba Sanabria. Boliviyalı. 1967-ci ilin martında üsyançılara qoşulub. 8 oktyabrda Kebrado de El-
Yuro dərəsindəki döyüşdə yaralanan və tüfəngi açılmayan Çeni xilas etməyə cəhd göstərəkən əsir düşüb. 1967-ci il
oktyabrın 9-u Çe və Çino ilə birlikdə La-İquerada güllələnib.
64 Dario – David Adriasola Veysaqa. Boliviyalı. Kebrado de El-Yuro dərəsindəki döyüşdə iştirak edib və İntinin
qrupu ilə birgə gizlənib. İnti ilə birlikdə BXAO-nun yenidən qurulmasında iştirak edib. 1969-cu il dekabr ayının 31-
də La-Pasda polislər tərəfindən güllələnib.
65 Çapako (Luis) – Xayme Arana Kampero. Boliviyalı. Kebrado de El-Yuro dərəsində baş verən döyüş zamanı
mühasirəni yara bilib və az sayda sağ qalan döyüşçü ilə birlikdə Kaxonesaya yetişib. Onları burada 1967-ci il oktyabrın
14-ü qəfildən hücum edib güllələyiblər.
66 Cavan maral

104
   99   100   101   102   103   104   105   106   107   108   109