Page 102 - "Xəzər"
P. 102
Dayanacaqdan ayrılarkən paxla yığmaq üçün durduq və bu zaman partlayış səsləri eşidildi.
Az keçmiş təxminən bizdən üç kilometr aralıda banditlərin düşərgəsini “qəzəblə bombalayan”
təyyarə göründü. Biz təpədən enib gölü gördük. Təyyarə hələ də bombalayırdı. Gecə bu yaxınlara
qədər adamların yaşadığı atılmış evə çatdıq. Xeyli su və ərzaq ehtiyatı tapdıq. Axşam yeməyinə
düyü ilə ləzzətli toyuq qovurması hazırladıq. Səhər dördə qədər evdə olduq.

16 may

Dayanacaqdan ayrılan kimi qarnıma ağrı düşdü. Əvvəlcə qusdum, sonra ishal başladı.
“Demerol” həbindən sonra bir az yüngülləşdim, amma az keçmiş huşumu itidim. Məni xərəkdə
daşımalı olublar. Ayılanda özümü babat hiss edirdim, ancaq yeni doğulan körpə kimi başdan ayağa
nəcis içindəydim. Yoldaşlar mənə təzə şalvar borc verdilər, amma susuz bunun o qədər də köməyi
olmadı: iyi iki kilometrdən hiss eləmək olardı. Günün qalan hissəsini dincəldik (mən mürgülədim).
Koko və Nyato kəşfiyyata yollandılar və şimala aparan cığır tapdılar. Biz ay işığında bu cığırla
irəlilədik, sonra düşərgə saldıq. Bizim təcrid edildiyimizi bir daha xatırladan 36№-li məlumat
aldıq.

3 iyun

6.30-da yola çıxdıq. 12.00-a qədər bulağın sol sahili ilə irəlilədik. Beninyo ilə Rikardo
yolumuza bitişik yollarda kəşfiyyat apardılar və pusqu qurmaq üçün münasib yer seçdilər. 13.00-
da mövqelərimizi tutduq: Rikardo və mən hər birimiz öz qrupumuz ilə mərkəzdə; bir cinahda
Pombo, digər cinahda – ən əlverişli yerdə isə ön dəstə ilə birlikdə Migel. 14.30-da donuz dolu mal-
qara daşıyan maşını, 16.20-də boş butulkalar yüklənmiş kiçik yük maşınını buraxdıq. 17.00-da
dünənki kiçik hərbi yük maşını göründü. İki əsgər adyala bürünüb kuzovda yatmışdı. Onlara atəş
açmağa əlim gəlmədi, onları necə sağ ələ keçirə biləcəyimizlə bağlı bir şey fikirləşməyə isə vaxt
eləmədim. Buraxmalı olduq. 18.00-da pusqudan ayrılıb bulağa qayıdana qədər yol uzunu
irəliləməyə davam etdik. Yerbəyer olmağa imkan tapmamış yanımızdan əvvəlcə dörd, sonra isə
daha üç yük maşını ötüb keçdi. Heç birində əsgər yox idi.

12 iyun

Əvvəlcə düşünürdük ki, Rositaya və ya Rio-Qrandeyə gedib çıxa biləcəyik, amma marşrut
həddən artıq çətin oldu. Elə birinci çeşmənin yanında dayandıq və adamları kəşfiyyata yolladıq.
15.00-da məlum oldu ki, yaxınlıqda daha bol sulu çeşmə var, amma onun yanında düşərgə üçün
yer yoxdur. Dayandığımız yerdəcə düşərgə saldıq. Hava korlandı; sağ cinah bütün gecə bizi soyuq
yağışa qonaq elədi. Radio maraqlı xəbərlər yayınlayır: “Presensia” qəzeti şənbə günü baş verən və
bir əsgərin öldüyü, digərinin isə yaralandığı döyüş haqqında məlumat dərc edib. Əla xəbərdir. Bu
o deməkdir ki, biz hər döyüşdə düşməni itki verməyə məcbur edərək reputasiyamızı qoruyub
saxlayırıq. Bir az sonra bizim itkilərimizlə bağlı yeni bir məlumat quraşdırıldı: guya aralarında
hərbi komandirlərdən biri – İnti də olan üç nəfər öldürülüb. Eləcə də “banditlərin” milli
mənsubiyyəti haqqında məlumat verildi: 17 kubalı, 14 braziliyalı, dörd argentinalı və iki perulu.
Kubalıların və peruluların sayı həqiqətə uyğundur. Onların bu informasiyanı haradan əldə
etdiklərini aydınlaşdırmaq lazımdır.

Yüksəklik – 900 metr.

26 iyun

Qara gün, xüsusilə də, mənim üçün. Əvvəlcə hər şey qaydasında idi. Mən Floridaya aparan
yolda pusquda oturanları əvəzləmək üçün beş döyüşçü yolladım. Elə bu vaxt atışma başladı. Biz
atların belinə sıçrayıb ora tələsdik və qəribə mənzərənin şahidi olduq: sahil qumu üzərində tam
sakitlik içində dörd ölü əsgər uzanıb qalmışdı. Onların silahlarını götürməyə ürək eləmədik:

102
   97   98   99   100   101   102   103   104   105   106   107