Page 101 - "Xəzər"
P. 101
gərlərə buradamı rast gəliblər? Əgər belədirsə, onda onların əsgərlər deyil, Xoakinin adamları
olduğunu ehtimal etmək mümkündürmü? Buradan Ayı düşərgəsinə getmək niyyətindəyik: oradakı
ehtiyatlar qarındolusu iki səhər yeməyinə çatar. Oradan baza düşərgəyə yollanacağıq. Bu gün iki
iri quş və bir xırda kakare51 vurduq ki, bu da bizə ərzağımıza qənaət etmək imkanı verdi – əvvəlki
kimi yenə də iki günlük ərzağımız qalıb (paketdə sup və konservlər). İnti, Koko və El Mediko ov
çadırının hazırlanması ilə məşğul oldular. Xəbərlərdə məlumat verirlər ki, Debre gerilyanın
təşkilatçısı və başçısı kimi Kamiridə hərbi tribunal qarşısına çıxarılacaq. Onun anası sabah gəlir.
Bu iş ətrafında kifayət qədər hay-küy qaldırılıb. Loro ilə bağlı heç bir şey deyilmir.

Yüksəklik 840 metr.

8 may

Səhər tezdən mən xəlvətxananın təftişində israr etdim. Bir az donuz yağı çıxardıq (bu bizim
olan-qalan yeməyimizdir), su ehtiyatlarını təzələdik. Təxminən on birin yarısında pusqu tərəfdən
tək-tək atəş səsləri eşidildi. Məlum oldu ki, Nyakauasu sahilinə iki silahsız əsgər çıxıb və Paço
bunun düşmənin avanqardı olduğunu zənn edərək onlardan birini ayağından vurub, digərini isə
yüngülcə qarnından yaralayıb. O iddia edir ki, onlar “dur!” əmrinə tabe olmadıqları üçün atəş açıb.
Əsgərlər təbii ki, heç bir əmr-filan eşitməyiblər.

Pusqu həddən artıq pis qurulub, Paço da özünü yaxşı aparmayıb: həyəcanlanıb və tələsib.
Mən sağ cinaha Anisetonun başçılığı altında bir neçə döyüşçü göndərib vəziyyəti düzəltdim.
Əsirlər düşərgələrinin İkiranın yanında olduğunu dedilər. Bu təbii ki, yalandır. Günorta biz daha
iki nəfəri tutduq: onlar sahil boyunca üzüaşağı qaçırdılar. İddia edirlər ki, dördü birlikdə guya İkira
sahilində ova çıxıblar, sonra isə bir-birini itiriblər; indi düşərgəyə tələsirlər. Bu da yalandır.
Əslində onların düşərgəsi bizim ov etdiyimiz atılmış zəmidədir və onlar vəd olunmuş vertolyot
uçub gəlmədiyinə görə ərzaq dalınca bizim rançoya yollanıblar. İkinci cütün bel çantaları
qızardılmış və çiy qarğıdalı, soğan bankaları, şəkər və kofe ilə ağzınacan dolu idi. Buna görə də
bizim bugünkü yemək problemimiz həll olundu. Sonuncu donuz yağı bankasını açıb zəngin nahar
yeməyi hazırladıq və necə lazımdır qarnımızı doydurduq (bəziləri hətta öyüyənə qədər).

Az keçmiş kəşfiyyat xəbər verdi ki, ordunun əsgərləri çayın sahilini axtara-axtara ətrafda
dolaşırlar. Gərgin gözləmə anları başladı. Nəhayət, 27 əsgər göründü. Onların komandiri leytenant
Laredo52 nəsə xoşagəlməz bir şey hiss edib, hücum əmri verdi. Birinci özü atəş açdı və dərhal da
vurulub yerə sərildi. Digər iki əsgər də onun aqibətini bölüşdü. Alaqaranlıqda biz hücuma keçib
altı nəfəri əsir aldıq; qalanları qaçdılar.

İlkin hesablamalara görə, düşmən üç itki verib; on nəfər əsir alınıb. Bizə yeddi M-1 tüfəngi,
dörd “mauzer”, eləcə də səngər qazan alət, döyüş sursatları və donuz yağı ilə birlikdə yediyimiz
az-maz yemək qismət oldu.

14 may

Səhər tezdən həvəssiz yola düzəldik. Məqsədimiz dünən Kamba və Beninyonun tapdığı
cığır ilə gölə yetişməkdir. Yürüşdən əvvəl mən adamları topladım və yeməyə aid bəzi problemlərlə
bağlı onlara yaxşıca dərs verdim. Beninyonu konserv tıxıb sonra bunu boynuna almadığına,
Urbanonu xəlvətcə içəri çarki53 ötürdüyünə, Anisetonu yeməyə olan həvəsinə, digər vəzifələrinin
icrasına gəldikdə isə, bu həvəsdən əsər-əlamət nümayiş etdirmədiyinə görə qınadım. Toplantı
zamanı ötüb keçən yük maşınlarının səsini eşitdik. Maşını saxladıq: 50 balqabaq və iki kintal54
qarğıdalı.

51 İnsanın və ya heyvanın yaxınlaşdığını çığıraraq xəbər verən dağ quşu
52 Henri Laredo – Boliviya ordusunun leytenantı. Arvadı ona yazdığı məktubda qonaq otağını bəzəmək üçün ondan
gerilyerolardan birinin baş dərisini gətirməsini istəmişdi.
53 Günəş altında qaxac olunmuş ət
54 Təxminən bir sentner

101
   96   97   98   99   100   101   102   103   104   105   106