Page 99 - "Xəzər"
P. 99
Orijinaldan tərcümə: Saday Budaqlı
Görkəmli yazıçı, “Master və Marqarita” kimi dahiyanə romanın müəllifi, əsərlərinin
çapına, pyeslərinin tamaşasına qadağa qoyulan, maddi və mənəvi sıxıntı içində yaşamağa məcbur
olsa da, sınmayan, konyunktura xatirinə yaradıcılığına xəyanət etməyən Mixail Bulqakovun
məktubları onu bir şəxsiyyət kimi yaxından tanımağımıza imkan yaradır.
Müharibələrə, inqilaba və hakimiyyətlə qarşıdurmaya baxmayaraq, Bulqakovun
epistolyar irsi kifayət qədər genişdi. Onu da nəzərə almaq lazımdı ki, bu məktublar oddan-alovdan
keçib, hələ nə qədəri axtarışlar zamanı məhv edilib. Ancaq nə yaxşı ki, “əlyazmalar yanmır” və nə
yaxşı ki, Bulqakov dünyasına güzgü tutmaq üçün bu məktublar bizə gəlib çatıb.
“Xəzər”in oxucularına təqdim etdiyimiz məktublar M.Bulqakovun epistolyar irsinin kiçik
bir hissəsidir. Ancaq seçim zamanı çalışdıq ki, yazıçının keşməkeşli həyatını bütün çalarlarıyla
əhatə eləyə bilək.
MƏKTUBLAR
N.A. BULQAKOVA-ZEMSKAYAYA1
31 dekabr 1917-ci il
Vyazma
Əziz Nadya, səni Yeni il münasibətiylə təbrik edirəm və arzulayıram ki, bu
il köhnə ilə oxşamasın. Tasya2 sənə salamlarını və öpüşlərini göndərir. Andrey
Mixayloviçə bizim salamımızı çatdır.
Mənə məktub yazmırsan, ünvanını da verməmisən, ona görə belə başa
düşürəm ki, mənimlə məktublaşmaq istəmirsən. Sənin ünvanını Moskvada olanda
Lilyadan3 öyrənməyə çalışdım. Lili göyə baxıb dedi: “Çarskoe Selo, mənzil 13”.
Sıxıla-sıxıla küçəni və binanı soruşanda, Lilya məğrurcasına cavab verdi ki, yadında
deyil. Dürüst ünvanı Kolya4 dayıdan öyrəndim.