Page 100 - "Xəzər"
P. 100
Kiyevdən bir xəbər olmamağı məni ümidsizləşdirir. Vyazma bankından öz
pulumu alıb anama yollaya bilmədiyimə görə də lap darılıram. Qorxuram, 2000 rubl
rus inqilabının badına gedə. Ax, bu iki min rubl nə mənim işlərimə yarayardı! Ancaq
onu yadıma salıb, lazımsız yerə kefimi pozmayacağam!..
Kolya dayıya gəlincə, deyəsən, onun da vəziyyəti yaxşı olmayacaq:
bankların tutulmasıyla, ağır zəhmətkeş həyatının mükafatı olaraq, çox güman, bütün
qazandığını itirəcək.
Dekabrın əvvəlində öz işimin dalınca Moskvaya getmişdim və necə
getmişdimsə, eləcə də qayıtdım5. Yenə Vyazmada cansıxıcı həyatımı yaşayıram,
yenə nifrət etdiyim adamların arasında işləyirəm. Məni əhatə eləyənlərdən o qədər
zəhləm gedir ki, tamamılə tək-tənha yaşayıram. İntəhası, düşünmək üçün meydan
böyükdü. Mən də düşünürəm. Yeganə təsəllim iş və axşamlar oxumaqdı. Köhnə
müəllifləri həyəcanla oxuyuram (əlimə nə düşdü oxuyuram, çünki burda kitab azdı)
və keçmişin mənzərələrindən zövq alıram. Ah, nədən mən gec doğulmuşam! Niyə
yüz il əvvəl doğulmamışam. Əlbətə, bunu düzəltmək mümkünsüzdü! Moskva,
Kiyev məni çox çəkir, necə olsa da, orda həyat hələ davam eləyir. Xüsusilə, Kiyevdə
olmaq istəyirəm! İki saatdan sonra Yeni il girəcək. Yeni il mənə nə gətirəcək? İndi
yatıb Kiyevi, tanış, əziz sifətləri gördüm; gördüm ki, piano çalırlar...
Keçmiş dövr qayıdacaqmı?
İndiki dövr elədi ki, heç nəyə fikir vermədən yaşamağa çalışıram... heç nə
görmədən, heç nə eşitmədən!
Bu yaxında Moskvaya, Saratova səfərimdə hər şeyi öz gözümlə gördüm və
daha görmək istəmərəm.
Qaragüruhun murdar söyüşlə qatarın pəncərələrini sındırdığını, adamların
necə döyüldüyünü gördüm. Moskvada dağıdılmış, yandırılmış evləri... küt, vəhşi
sifətləri gördüm...
Tutulmuş və bağlanmış bankların girişində gözləyən camaatı, dükanlardakı
uzun növbələri, gözümçıxdıya salınan zavallı zabitləri, əsasən eyni şeylərdən:
cənubda, qərbdə, şərqdə, həbsxanalarda axan qanlardan bəhs edilən qəzet
səhifələrini gördüm. Hamı nə baş verdiyini öz gözüylə gördü və hər şeyi başa düşdü.
Yeni il gəlir. Səni bərk-bərk öpürəm.