Page 101 - "Xəzər"
P. 101
Qardaşın Mixail.

K.P.BULQAKOVA6
1 fevral 1921-ci il
Vladiqafqaz
Əziz Kostya, dünən səndən məktub alanda çox sevindim. Axır ki,
doğmalardan xəbər tutdum. Bizimkilərin sağ-salamat və bir yerdə olduğu üçün necə
xoşbəxt olduğumu sözlə ifadə eləyə bilmirəm...
Soruşursan ki, günün necə keçir. Yaxşı sözdü. Məhz günümü keçirirəm,
yaşamıram...
Təxminən bir il olar ayrılmışıq. Yazda qayıdan yatalağa tutuldum və o məni
yatağa saldı... Az qalmışdı öləm, yayda yenə naxoşladım.
Yadımdadı, qəzetlərdə çap olunmağa başladığımı təxminən bir il əvvəl sənə
yazmışdım. Felyetonlarım bir çox Qafqaz qəzetlərində çap olunurdu. Bu yay
estradada hekayə və mühazirələrlə çıxış etmişəm. Sonra səhnədə pyeslərim oynanıb.
Əvvəlcə bir pərdəli “Özünmüdafiə”, sonra tələsik yazdığım dörd pərdəli “Turbin
qardaşları”7. İlahi, özgə nələr eləməmişəm: ədəbiyyat tarixindən mühazirələr, giriş
sözü və sairə oxumuşam və yenə oxuyuram.
“Turbunlər” bir ayda dörd dəfə uğurla tamaşaya qoyulub. Bu da mənim
böyük axmaqlığıma səbəb oldu: onu Moskvaya yolladım... Elə dünən ondan cavab
aldım. Əlbəttə, “Turbinlər”i çıxdaş eləyəcəklər, “Özünmüdafiə”nisə hətta kimsə
tamaşa üçün tamamilə yararsız sayıb...
Mənim həyatım – mənim əzablarımdı. Ah, Kostya, təsəvvürünə gətirə
bilməzsən ki, “Turbinlərin” ilk tamaşasında sənin burda olmağını nə qədər
istəyirdim. Pyesin ucqar bir yerdə oynanıldığı, yazmağa dörd il gecikdiyim üçün
ürəyim kədərdən sıxılırdı.
Teatrda “Müəllif!” deyə bağırıb əl çalırdılar... İkinci pərdədən sonra məni
səhnəyə dəvət eləyəndə anlaşılmaz hisslər keçirirdim... aktyorların qrimli sifətlərinə,
guruldayan zala iztirabla baxırdım. Və fikirləşirdim: “axı mənim arzum həyata
keçib, ...ancaq necə eybəcərdi: Moskva səhnəsi əvəzinə əyalət səhnəsi, ürəyimdə
bəslədiyim Alyoşa Turbin haqqında dram əvəzinə, tələsik yazılmış çiy bir şey”.
   96   97   98   99   100   101   102   103   104   105   106