Page 104 - "Xəzər"
P. 104
Gecələr aradabir “Zemstvo həkiminin qeydləri”ni yazıram. Sanballı bir şey
alına bilər. “Azar”ın üstündə işləyirəm. Ancaq vaxtım, vaxtım yoxdu! Bax məni
ağrıdan budur!
Nadyaya
Xahiş edirəm, Nadyaya çatdırasınız ki (ayrıca məktub yazmaq gücündə
deyiləm – yatıram), tarixi dram üçün material lazımdı, 16 və 17-ci illərdə Nikolayla
Rasputinə aid (qətl, çevriliş) nə varsa hamısı. Qəzetlər, sarayın təsviri, memuarlar,
ən çox da Purişkeviçin “Gündəliyi” – əlimyandıda lazımdı9! Geyimlərin təsviri,
portretlər, xatirələr və s. O, başa düşəcək.
22-ci ilin sonuna qədər 5 pərdəli möhtəşəm dram yaratmaq arzusundayam...
Əziz ana, Sizi bərk-bərk öpürəm. Tasya da öpür.
Hamınızı öpürük.
Mixail.
P.S. Son vaxtlar mənim ən xoş xatirəm – tapın görüm nədi?
Sizin divanda uzanıb fransız bulkasıyla çay içməyim10. İki gün çay içib heç
nə düşünmədən eləcə uzana bilsəydim, çox şeydən keçərdim. Yaman yorulmuşam.
VERA A.BULQAKOVAYA11
24 mart 1922-ci il
Moskva
Əziz Vera, neçə dəfə istəmişəm oturub sənə məktub yazam, ancaq
inanırsanmı, öz məşəqqətli işimdən elə yoruluram ki, axşamlar bir sətir yazmağa
belə taqətim olmur. Keçən ilin payızında səndən bir məktub almışam, ona da dərhal
cavab vermişəm. Görünür, sənə çatmayıb. Bura gələn gənc (o ancaq Tasyanı görüb,
mən olmamışam) deyib ki, susduğuma görə mənə hirslənirsən. Daha istəyirəm
özümüzünkülərlə məktublaşmağa girişəm və fikirləşirəm ki, mənə yazacaqsan...
Anamın ölüm xəbərini aldınmı? (O, 22-ci il fevralın 1-də səpmə yatalaqdan
vəfat eləyib.)12 Varya13 Kiyevdən sənə teleqram vurmuşdu...
Sənin dolanışığın sarıdan çox narahatam. Korluq çəkmirsən ki?
Öz həyatından və gələcək planlarından ətraflı bəhs edən məktubunu
gözləyirəm.