Page 96 - "Xəzər"
P. 96
– Əlbəttə! Neçə dənə istəyirsiniz? İndicə bişiblər.
– Dörd dənə. Yağ da verin.
– Olar... Nə qədər?
– Əlli qram.
Kökələri səbətdən götürüb boşqaba yığdı və bıçaqla yarımfutluq yağ
qutusunu iki bölməyə başladı.
– Tərəzim yoxdur, bir az çox olar? – deyə soruşdu. – Dörddən biri... Bıçaqla
kəsərəm.
– Olar, – dedim, – əlbəttə, olar!
Və aydınca gördüm ki, dörddə birdən çox oldu, çünki kökələrin yanına
qoyduğu kəsik o birilərdən böyük idi. Yağın üstündəki kağızı ehtiyatla ondan ayırdı
və əlində məcməyi mənə tərəf gəldi.
Məcməyi indi lap gözümün önündə idi, çünki qız o biri əli ilə kağız dəsmalı
açmaq istəyirdi və ona kömək elədim, dəsmalı açdım, bir anlığa əllərinin qoxusunu
hiss elədim. Əllərinin yaxşı qoxusu vardı.
– Buyurun, – dedi.
– Çox sağ olun!
Özümə qəhvə süzdüm, içinə qənd atıb qarışdırdım, içməyə başladım. Qəhvə
isti, ləzzətli idi. Yalnız arvadım belə qəhvə dəmləyə bilir, ancaq evdə nadir hallarda
qəhvə içirəm və axırncı dəfə nə vaxt belə yaxşı qəhvə içdiyimi yadıma salmağa
çalışdım. Dalbadal bir neçə qurtum aldım və o dəqiqə hiss etdim ki, halım yaxşılaşır.
– Əntiqədir, – dedim, – qəhvənizə söz ola bilməz.
O gülümsədi, başını tərpədi və birdən anladım ki, ona baxmaqdan xoşum
gəlir. Onun burda olması əhvalımı yaxşılaşdırırdı, sakitləşirdim.
– Hələ indiyəcən mənə deyən olmayıb ki, belə yaxşı qəhvə hazırlayıram.
– Ancaq elədir, – dedim.
Sonra bayırdan tənəkə qutulardakı boş şüşələrin səsi eşidildi, südsatan içəri
girdi, dolu şüşələri yerə qoydu, qız sakitcə dümağ barmaqları ilə onları saydı: süd,
kakao, yoqurt, qaymaq. İçəri isti idi, oğlan hələ də oturub şirnisi qurtarmış taxta
sapağı sorur, hərdən də qəribə səslər çıxarırdı. Ağzından qırıq-qırıq çıxan hər söz