Page 103 - "Xəzər"
P. 103
ərəm ki, yaşamaq uğrunda və yeni həyata uyğunlaşmaq üçün çox böyük mübarizə
gedir.

İl yarım əvvəl heç nəsiz Moskvaya gələn bir adam üçün bu qısa müddətdə,
mənə elə gəlir, maksimum iş görə bilmişəm. Yerim var. Doğrudu, bu heç də ən
başlıcası deyil. Pul da qazana bilmək lazımdı. Təsəvvür eləyin, ikincini də əldə
etmişəm. Doğrudu, hələ ki, cüzi miqdarda. Hər halda, bu ay Taska ilə necəsə
dolanırıq, kartof tədarük eləmişik, o, tuflisini təmir elətdirib, odun almağa
başlamışıq və sairə.

Elə belə yox, canavar kimi işləmək lazım gəlir. Fasiləsiz olaraq səhərdən
axşama kimi.

Sovet müəssisələrinin yaranma prosesi və ştatların ixtisarı gedir. Mənim
işlədiyim müəssisə də bu qəbildəndi və görünür, özünün son günlərini yaşayır. Belə
ki, tezliklə işsiz qalacağam. Ancaq bunlar boş şeylərdi. Artıq bəzi ehtiyat tədbirləri
görmüşəm ki, vaxtında özəl idarəyə keçəm. Yəqin Sizə məlumdu ki, Moskvada
yalnız bu cür, ya ticarətlə dolanmaq olar. Mənim, necə deyərlər, dövlət qulluğum
ona görə yaxşıydı ki, keçən ay üçün 1 milyona yaxın ala bilmişdim. Ancaq dövlət
qulluğunda pul yoxdu, həm də gec verirlər, ona görə bir dənə belə yerlə dolanmaq
olmaz. Kətan trestinə işə düzəlməyə cəhd göstərirəm. Bundan başqa, dünən sənaye
qəzetindən hələ məlum olmayan şərtlərlə təklif almışam. Əsl kommersiya işidi və
məni sınaqdan keçirəcəklər. Dünən və bu gün imtahan eləyiblər. Sabah yarım
milyon avans verməlidirlər. Belə olsa, demək, məni qiymətləndiriblər, bəlkə onda
xronikaya baxdım...

Taska satıcı yeri axtarır, bunu da tapmaq çətindi, çünki bütün Moskva hələ
çılpaqdı, ayaqyalındı və qismən öz güçü, vəsaiti və öz adamları hesabına alver eləyir.
Zavallı Taska başını yorub çovdar döyür ki, bizə nədən olsa bir yemək hazırlaya.
Canı sağ olsun! Bir sözlə, buz üstündə balıq kimi çırpınırıq. Ən başlıcası, başımızın
üstündə dam olmasıdı. Andreyin otağı mənim nicatımdı. Nadyanın gəlişiylə bu
məsələ, əlbəttə, qəlizləşəcək. Ancaq bu haqda hələ düşünmürəm, düşünməməyə
çalışıram, çünki onsuz da qayğılarım çoxdu...
   98   99   100   101   102   103   104   105   106   107   108