Page 97 - "Xəzər"
P. 97
s” ilə başlayır, bu da sanki bir ahəng yaradırdı: sa...su.. so... Pəltəkliyində də nəsə
qeyri-adi, gizli bir ritm vardı və qız dönüb ona tərəf baxanda, irişirdi.

Parkda işləyən çilingərlər içəri doluşdular, gözlərindəki qoruyucu eynəkləri
çaxardılar, küləş çöpləri ilə şüşələrdən süd içdilər və mən gördüm ki, hamısının
əynindəki iş paltarının üstünə şəhərin gerbi yapışdırılıb. Bayırda həyat canlanırdı,
dalbadal parkdan çıxan tramvayların arası kəsilmişdi və indi vaxtaşırı burdan keçən
çirkli tramvayların xırçıltısı eşidilirdi.

Arvadım Kete barədə düşünməyə başladım: axşam onunla görüşməli idim.
Ancaq bundan əvvəl pul tapmalı idim, otaq tutmalıydım. Pul tapmaq müşkül məsələ
idi və ürəyimdən keçirdi ki, kaş həmin pulu verən adam tez tapılaydı, özü də elə o
dəqiqə verəydi. Ancaq bizimki kimi bir şəhərdə - üç yüz min əhalisi olan şəhərdə
elə bir adam tapmaq çətindir ki, sən istəyən kimi pul versin. Bir neçəsini tanıyırdım
ki, çəkinmədən pul istəyə bilərdim və indi də elə onların yanına getmək istəyirdim.
Eyni zamanda otellərə də baş vurardım, bəlkə boş otaq tapa bildim.

Qəhvəni içib qurtarmışdım. Saat bəlkə də yeddi olardı. Dükanı siqaret
tüstüsü bürümüşdü. Bu arada yorğun, üzütüklü bir şikəst gülümsəyə-gülümsəyə,
taytıya-taytıya içəri girmişdi və indi sobanın qabağında oturub qəhvə içir, qəzetə
büküb gətirdiyi pendir-çörəyi ağıldan kəm oğlana yedirdirdi.

Qız əlində silgəc sakitcə kimdənsə pul alır, xırda qaytarır, qəhvəbişirəni işə
salır, söndürür, isti su ilə yuduğu şüşələri silirdi. Adama elə gəlirdi ki, bütün bu işləri
çox asanlıqla görür, heç bir çətinlik çəkmir, halbuki hərdən piştaxtanın önündəki
səbirsiz müştərilərin sayı lap çoxalırdı. Kiməsə isti süd süzür, kiməsə isti və ya soyuq
kakao verir, qəhvəbişirən maşından çıxan buğ üzünə vurur, taxta çəngəllə şüşədəki
bulanıq sudan xiyar turşusu çaxarırdı... Və birdən dükan tamamilə boşaldı.
Piştaxtanın önündə üzünün dərisi sarıya çalan cavan, kök oğlan qalmışdı. Bir əlində
soyuq kotlet, o birində isə xiyar turşusu tutmuşdu. Tezliklə ikisinin də axırına çıxdı,
siqaret yandırıb ciblərini eşələdi. Məlum məsələ idi ki, pulu kisədə deyildi və bir az
əzilmiş olsa da, qəttəzə pencəyinə, qalstukuna baxanda yadıma düşdü ki, bayırda
bayramdır, şəhərdə bazar günü başlayır və bir də bu yadıma düşdü ki, bazar günləri
pul tapmaq çox çətin olur.
   92   93   94   95   96   97   98   99   100   101   102