Page 102 - "Xəzər"
P. 102
Çap elətdirməyə bir yer tapılmayan hekayələrdən sonra “Saxsı adaxlılar”
məzhəkəsini yazdım. Təbii ki, onu repertuara salmadılar, boş günlərin birində
oynamağı təklif etdilər. Ancaq: belə gün yoxdu, hamısı tutulub. Nəhayət, bu
günlərdə üç pərdəli “Paris kommunarları”nı makinadan çıxardım. Birisi gün
komissiyaya oxuyacağam. Şübhəsiz, o burda gedəcək. Ancaq məsələ ondadı ki,
pyesi Moskvaya ümumrusiya müsabiqəsinə göndərmişəm. Əminəm, vaxtında
çatmayacaq, əminəm, müvəffəqiyyətsizliyə uğrayacaq. Yenə haqq olacaq. On günə
yazmışam. Hamısı zibildi: “Turbinlər” də, “Adaxlılar” da, bu pyes də... Hamısını
tələsik yazıram. Hamısını. Ürəyim kədərlə doludu.
Ancaq dişimi dişimə sıxıb gecə-gündüz işləyirəm. Eh, çap olunmağa bir yer
tapılaydı!
Necə yaşadığım barədə
Əlyazmalar səpələnmiş yazı stolunun arxasında yaşayıram... Gecələr hərdən
əvvəllər çap olunmuş yazılarımı (qəzetlərdə! Qəzetlərdə!) oxuyub düşünürəm: bəs
kitabım hanı? Adım hanı? İtirilmiş illərim hanı?
İnadla işləyirəm.
Poman yazıram, bu vaxt ərzində ölçülüb-biçilmiş yeganə şey...
Yazda, ya da yayda Vladiqafqazdan gedəcəyəm.
Hara?
Yayda bəlkə yolüstü Moskvada oldum. Uzaqlara can atıram...
Öpürəm səni,
Mixail.
V.M. BULQAKOVA-VOSKRESENSKAYAYA8
17 noyabr 1921-ci il
Moskva
Əziz ana, necə dolanırsınız, özünüz necəsiniz? Xahiş edirəm, vaxt tapan kimi
yazın. Özününkülərdən xırda bir xəbər almaq belə xoşdu, xüsusən də, mənim kimi
məşəqqətli həyat sürən bir adam üçün. Kiçik bir məktubda Moskvanın nə vəziyyətdə
olduğunu Sizə ətraflı çatdıra bilmədiyimə çox heyfsilənirəm. Qısaca onu deyə