Page 92 - "Xəzər"
P. 92
Qapı artıq açıq idi və içəridəki bomboz qaranlıqda stullar, piştaxta,
qəhvəbişirən maşının tutqun gümüşü parıltısı görünürdü. Boyat kartof qoğalının iyi
gəldi və çirkli şüşənin altında iki boşqab qızardılmış ət, kotlet və yaşıl rəngli şüşə
qabda sirkəyə qoyulmuş xiyar gördüm.
Mən dayananda, qız üzümə baxdı. Pəncərələrin arxasındakı dəmir lövhələri
götürdüyü üçün artıq onun sifətini görürdüm.
– Bağışlayın, indi açırsınız? – soruşdum.
– Bəli, – dedi və yanımdan keçərək axırıncı lövhəni də arxa tərəfə aparıb
yerinə söykədi. Lövhələrin hamısını aparmış olsa da, bir də geri qayıtdı, mənə baxdı.
Həmin anda soruşdum:
– Gəlmək olar?
– Əlbəttə, – dedi, – ancaq hələ soyuqdur.
– Eybi yox, – deyib içəri keçdim.
İçəridən çox pis iy gəlirdi və mən cibimdən siqaret çıxarıb alışdırdım. İşığı
yandıranda hər şeyi tər-təmiz görüb təəccübləndim.
– Sentyabr üçün qəribə havadır, – dedi qız, – bu gün də günorta isti olacaq,
ancaq indi adam üşüyür.
– Elədir, – dedim, – çox qəribədir, səhərlər soyuq olur.
– İndi sobanı yandıraram.
Səsi cingiltili, bir az da kövrək idi və hiss etdim ki, pərt olub.
Başıımı tərpətməklə kifayətləndim, piştaxtanın yanında divara söykənib
ətrafa boylandım. Divarlar taxtadan idi, üstünə sigaret reklam edən əlvan kağız
çəkilmişdi: bir əli ilə şampan şüşüsinin boğazından yapışmış, saçlarına dən düşmüş
yaraşıqlı kişilər açıq-saçıq geyimli qadınlara irişə-irişə siqaret təklif edirdilər... ya
da at belində uz-gözlərindən qeyri-adi bir bəxtiyarlıq yağan kovboylar – əllərinin
birində kəmənd, o birində isə siqaret, arxalarınca çox böyük, mavidən də mavi tüstü
layını çəkib aparırıdılar... Tüstü layı ipək bayraq kimi Amerika çöllərinin üfüqlərinə
qədər uzanıb gedirdi...
Oğlan sobaya yaxın oturmuşdu, soyuqdan titrəyirdi. Ağzında konfet vardı,
taxta sapağından tutaraq al-qırmızı rənqə boyanmış şirnini ara vermədən sorur,