Page 93 - "Xəzər"
P. 93
zının yan tərəflərindən güclə görünən şirnili selik damcıları çənəsi ilə üzüaşağı
axırdı.
– Bernhard! – qızın mehriban səsi eşidildi və o aşağı əyilərək özünün cib
yaylığıyla oğlanın ağzının yanlarını səliqə ilə sildi. Sonra sobanın qapağını qaldırdı,
əlindəki qəzetləri bürmələyib ora qoydu, üstünə odun, kömür tökdü, kibrit yandırıb
paslanmış qapağın deşiyindən içəri tutdu.
– Lütfən əyləşin, – dedi.
– Təşəkkür edirəm, – desəm də oturmadım.
Soyuq idi və sobanın yanında qalmaq istəyirdim. Oğlana baxanda ətim
çimçəşsə də, ucuz xörəklərin boyat qoxusundan iyrənsəm də, indicə yağ-çörəklə
qəhvə içəcəyimi fikirləşəndə sevinir, xoşallanırdım. Əyilib sobanın necə yandğını
yoxlayanda qızın dümağ boynuna, yamaqlı corablarına, başının necə asta-asta
tərpəndiyinə tamaşa edirdim.
Əvvəlcə bir az tüstü çıxdı, sonra çirtıltı eşidildi və alov görünəndə, tüstü
kəsildi. Qız ayaqlarımın yanında domuşub çirkli barmaqları ilə sobanın deşikli
qapağını qurdalayır, hərdən əyilib üfürür və lap çox əyiləndə uşaq kimi nazik
kürəyini gördüm.
Qəflətən ayağa qalxdı, təbəssümlə mənə baxıb, piştaxtanın arxasına keçdi.
Suyu açıb əllərini yudu, qəhvəbişirəni işə saldı. Sobaya yaxınlaşdım, maşa ilə
qapağını qaldırdım ki, odun artıq alışıb, yavaş-yavaş kömürə də od düşür. Doğrudan
da içəri isinməyə başlayırdı. Qəhvəüyüdən də artıq fışıldayırdı və hiss etdim ki,
iştaham əməlli-başlı açılır. Həmişə içəndən sonra qəhvə ilə səhər yeməyini çox
xoşlayıram. Ancaq indi xəfif bir ikrah hissi ilə qabığı qırış-qırış olmuş soyuq
sosislərə, boşqablara yığılmış salatlara baxdım. Qız boş şüşələrlə dolu tənəkə qutunu
götürüb bayıra çıxdı. Qəribə də olsa, ağıldan kəm oğlanla burada tək qalmağım məni
əsəbiləşdirdi. Uşaq mənə fikir vermirdi, ancaq arxayınca oturub o iyrənc şirnini
ləzzətlə sorması məni özümdən çıxarırdı.
Siqareti atdım. Qapı açıldı və qızın əvəzinə bayaq kilsədə ibadət edən keşişi
görəndə diksindim. Kəndlilərə məxsus yumru, solğun sifəti olan keşişin başında
indi tər-təmiz qara şlyapa vardı. “Sabahınız xeyir”, – deyib piştaxtanın arxasında heç
kəsi görməyəndə, məyusluq ifadəsi üzünə kölgə kimi qondu.